Azərbaycan idmançısı: "Uduzmağımda küləyin böyük rolu oldu"
"Yarışda küləyin böyük rolu oldu".
Bunu "QELEBE.AZ"un Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın kamandan oxatma üzrə təmsilçisi Yaylagül Ramazanova III Avropa Oyunlarının 1/32 final mərhələsində litvalı Paulina Ramanauskayteyə məğlub olması barədə danışarkən deyib.
İdmançı mübarizəyə yaxşı start verdiyini xatırladıb: "Hesab da 5:5 idi. Cəmi bir ox qalmışdı. Amma təəssüf ki, yekunda məğlub oldum. İlk olaraq hara atmalı olduğumuzu bilmirik. Birinci oxdan sonra tənzimləyirik. Qələbə qazanmağı hədəfləmişdim. Amma alınmadı".

https://qalaba.az//uploads/photo/azerbaycan-idmanchisi-uduzmagimda-kuleyin-boyuk-rolu-oldu.webp











