Filip Ozobiç: "Neftçi"nin böyük klub olduğunu bilirəm"

Filip Ozobiç: "Neftçi"nin böyük klub olduğunu bilirəm"

"Neftçi"nin yaxşı azarkeşlərə malik necə böyük klub olduğunu bilirəm".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Neftçi"nin yeni transferi Filip Ozobiç "ağ-qaralar"ın rəsmi televiziyasına açıqlamasında deyib.

32 yaşlı yarımmüdafiəçi müqavilə imzaladıqdan sonra özünü çox yaxşı hiss etdiyini bildirib: "Belə klubun səninlə maraqlanması hər zaman xoşdur. Ümid edirəm ki, komandaya yaxşı nəticələr əldə etməyə köməklik göstərəcəyəm. "Neftçi"də İvan Brkiç, Voislav Stankoviç, Eddi İsrafilov, Emin Mahmudov və Emil Balayevi tanıyırdım. Buna görə də uyğunlaşmaq üçün çox vaxta ehtiyacım yoxdur. Burada məni müsbət qarşıladılar, çox gözəl kollektiv var. Yaxşı kollektiv - komandanın nəticələr əldə etməsi üçün ən vacib amillərdən biridir".

Azərbaycan millisinin üzvü Rusiyadakı "Match TV" turnirində "Zenit"ə 1:3 hesabı ilə uduzduqları oyun haqqında da danışıb: "Normal oynadıq. İlk qarşılaşma olduğu üçün hələlik tam hazır deyilik. Bir neçə futbolçu matça iki gün qalmış komandaya qoşulmuşdu. Cəmi iki məşq etmişdilər, bu səbəbdən yaxşı oynadığımızı düşünürəm. Hesab edirəm ki, ilk rəsmi oyuna hazırlaşmaq üçün burada hər cür şərait var. Məncə, ilk matça 100 faiz hazır olacağıq. Burada böyük klublarla oynayırıq. Bu, bizə xeyir verəcək. Çünki hazırda hansı səviyyədə olduğumuzu və daha nə qədər forma yığmağın lazım gələcəyini görə bilərik. Güclü rəqiblərlə mübarizə aparmaq həmişə zəiflərlə oynamaqdan daha yaxşıdır. Çünki zəiflərlə oynasan, hansı səviyyədə olduğunu bilməyəcəksən".

Ozobiç son olaraq "Neftçi" azarkeşlərinə müraciət edib: "Onlara deyə bilərəm ki, hər oyunda və məşqdə 100 faiz gücümü qoyacağam. Əlimdən gələn hər şeyi edəcəyəm".

Qeyd edək ki, son olaraq "Qarabağ"ın formasını geyinmiş Filip Ozobiç "Neftçi" ilə iki illik müqavilə imzalayıb.

Futbol
Mersisayd təmsilçiləri Qana millisinin futbolçusunu transfer etmək istəyir

Mersisayd təmsilçiləri Qana millisinin futbolçusunu transfer etmək istəyir

Futbol
Levandovski Ronaldunun nailiyyətini geridə qoyub

Levandovski Ronaldunun nailiyyətini geridə qoyub

Futbol
Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib

Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib

Futbol
“Qarabağ” "Monako"nun sabiq futbolçusu ilə müqavilə imzalayıb

“Qarabağ” "Monako"nun sabiq futbolçusu ilə müqavilə imzalayıb

Futbol
Premyer Liqa: "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib

Premyer Liqa: "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib

Futbol
Tanınmış futbolçu onkoloji xəstəlikdən vəfat edib

Tanınmış futbolçu onkoloji xəstəlikdən vəfat edib

Futbol
Enis Bardi: "Azərbaycan yığması fiziki cəhətdən güclüdür"

Enis Bardi: "Azərbaycan yığması fiziki cəhətdən güclüdür"

Futbol
"Olimpiakos" Marselonu "Qarabağ"la oyunlar üçün sifariş edib

"Olimpiakos" Marselonu "Qarabağ"la oyunlar üçün sifariş edib

Futbol
İngiltərə Premyer Liqası ABŞ-da turnir keçirəcək

İngiltərə Premyer Liqası ABŞ-da turnir keçirəcək

Futbol
“Şamaxı” daha bir futbolçunu heyətinə qatıb

“Şamaxı” daha bir futbolçunu heyətinə qatıb

Futbol
"Olimpiakos" "Frayburq"a uduzub, "Trabzonspor" ilk qələbəsini qazanıb

"Olimpiakos" "Frayburq"a uduzub, "Trabzonspor" ilk qələbəsini qazanıb

Futbol
UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub

UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub