Azərbaycan millisi İsraili məğlub etdi - YENİLƏNİB
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında bu gün növbəti matçını keçirib.
Apasport.az xəbər verir ki, Famil Xəlilovun yetirmələri saat 11:30-da İsrail millisi ilə qarşılaşıb.
Oyun Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutub. Görüşdə 4 qol vurulub. Təmsilçilərimiz 3:1 hesablı qələbəyə seviniblər.
Qeyd edək ki, yığmamız daha əvvəl Timor-Leste yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.

https://qalaba.az//uploads/photo/azerbaycan-millisi-israili-meglub-etdi-yenilenib.webp