İstanbul derbisi: "Qalatasaray" "Fənərbaxça"ya qarşı - YENİLƏNİR
Bu gün Türkiyə Super Liqasında IX turun mərkəzi qarşılaşması keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, İstanbul derbisində “Qalatasaray” doğma meydanda əzəli rəqibi “Fənərbaxça”nı qəbul edəcək.
Okan Burukun yetirmələri qarşılaşmaya 19 xalla turnir cədvəlinin ikinci pilləsində çıxacaqlar. “Sarı-qırmızılar” geridə qalan 8 turda 6 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə məğlub olublar.
“Qalatasaray” derbidə qalib gəlməklə 20 xalı olan “Amedspor”u geridə qoyaraq yenidən liderliyə yüksəlməyi hədəfləyir.
İsmail Kartalın rəhbərlik etdiyi “Fənərbaxça” isə 16 xalla üçüncü sırada qərarlaşıb. İstanbul təmsilçisi indiyədək 5 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə yadda qalıb. “Sarı-lacivərdlilər” səfərdə üç xal qazanaraq əzəli rəqibi ilə xal fərqini aradan qaldırmağa çalışacaq.
Qeyd edək ki, “RAMS Park” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Türkiyə Super Liqası, IX tur
26 oktyabr
22:30. “Qalatasaray” – “Fənərbaxça”
"RAMS Park" stadionu

https://qalaba.az//uploads/photo/istanbul-derbisi-quotqalatasarayquot-quotfenerbaxchaquotya-qarshi-yenilenir.webp