Qusar Olimpiya İdman Kompleksində Zəfər Kuboku start götürüb

Qusar Olimpiya İdman Kompleksində Zəfər Kuboku start götürüb

Qusar Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş voleybol üzrə jurnalistlər arasında Zəfər Kuboku start götürüb.

"QELEBE.AZ"un məlumatına görə, iki gün davam edəcək yarışda 8 komanda mübarizə aparır. Media nümayəndələri işğaldan azad olunmuş Azərbaycan ərazilərinin adlarına uyğun olaraq, "Şuşa", "Kəlbəcər", "Zəngilan", "Suqovuşan", "Xankəndi" və "Füzuli" adları ilə çıxış edirlər.

Turnir B qrupunda oynanılan "Şuşa" - "Kəlbəcər" matçı ilə başlayıb. Ötənilki finalçıların dueli "Şuşa"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Son çempion qrupun ikinci oyununda eyni aqibəti "Zəngilan"a yaşadıb - 2:0. Beləliklə, "Şuşa" iki matçdan maksimum nəticə ilə yarımfinala vəsiqə qazanıb.

B qrupunda isə mübarizəyə "Füzuli" - "Suqovuşan" qarşılaşması ilə start verilib. Görüş 2:0 hesabı ilə "Suqovuşan"ın xeyrinə yekunlaşıb.

Bu oyundan sonra Zəfər Kubokunun açılış mərasimi keçirilib. Tədbirdə Milli Məclisin Qusardan olan deputatı Azər Badamov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova, Qusar Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Qusar Olimpiya İdman Kompleksinin direktoru, İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov, Qusar Olimpiya İdman Kompleksi ilə əlaqəsi olan şəhid və qazi ailələri, komanda üzvləri və qonaqlar iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsindən sonra mərasimi giriş sözü ilə açan Elşən Məmmədov qonaqları salamlayaraq yarış barədə məlumat verib. Turnirin 3-cü dəfə təşkil olunduğunu xatırladan Məmmədov jurnalistlər arasında yarışa ilk dəfə Qusarın ev sahibliyi etdiyini bildirib.

Daha sonra söz Azər Badamova verilib. Azərbaycanda idmana dövlət səviyyəsində diqqət və qayğı olduğunu vurğulayan millət vəkili Qusarda keçirilən Zəfər Kubokunun önəmindən danışıb. O, iştirakçı komandalara uğurlar arzulayıb.

Ardınca çıxış edən Nəcəf Novruzov yenicə təsis edilmiş Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin bölgədə idmanın inkişafına böyük töhfə verəcəyini açıqlayıb. O, həmçinin göstərilən etimada görə Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib.

Nərgiz İsmayılova isə federasiyanın hər zaman voleybolla bağlı layihələrə dəstək göstərdiyini, bunun gələcəkdə də davam edəcəyini söyləyib.

Daha sonra Azər Badamov, Nəcəf Novruzov və İcra Hakimiyyətinin rəsmi nümayəndəsinə rəmzi olaraq formalar hədiyyə olunub. Bundan başqa, Qusarla əlaqəsi olan şəhid və qazi ailələrinə, Vətən Müharibəsi iştirakçılarına fəxri-fərmanlar verilib.

Rəsmi hissədən sonra oyunlar qaldığı yerdən davam etdirilib.

A qrupunun ikinci matçında "Suqovuşan" "Xankəndi"ni yenib - 2:0. Bu nəticə komandanı yarımfinala daşıyıb.

B qrupunun son görüşündə "Zəngilan"a 2:0 hesabı ilə qalib gələn "Kəlbəcər" "Şuşa"dan sonra yarımfinala yüksələn 3-cü kollektiv olub.

A qrupundan ən güclü 4 komanda arasına sonuncu vəsiqəni isə "Füzuli"ni 2:0 hesabı ilə məğlub edən "Xankəndi" əldə edib.

Zəfər Kuboku
15 iyul
A qrupu
"Füzuli" - "Suqovuşan" - 0:2 (17:25, 13:25)
"Xankəndi" - "Suqovuşan" - 0:2 (15:25, 17:25)
"Füzuli" - "Xankəndi" - 0:2 (18:25, 19:25)
Xal durumu: "Suqovuşan" - 6, "Xankəndi" - 3, "Füzuli" - 0.
B qrupu
"Kəlbəcər" - "Şuşa" - 0:2 (19:25, 18:25)
"Zəngilan" - "Şuşa" - 0:2 (8:25, 15:25)
"Kəlbəcər" - "Zəngilan" - 2:0
Xal durumu: "Şuşa" - 6, "Kəlbəcər" - 3, "Zəngilan" - 0.

Beləliklə, yarımfinalda aşağıdakı cütlüklər qarşılaşacaqlar:
16 iyul
Yarımfinal
10:00. "Suqovuşan" - "Kəlbəcər"
11:00. "Xankəndi" - "Şuşa"
12:00. 3-cü yer uğrunda görüş
13:00. FİNAL

Turnirin bağlanış mərasimi saat 14:00-da keçiriləcək.

Qeyd edək ki, Zəfər Kubokunun təşkilatçısı İdman Araşdırmalar Mərkəzi, baş sponsoru "Avrora Qrup", dəstəkçiləri Azərbaycan Voleybol Federasiyası, Qusar Olimpiya İdman Kompleksi və Azərbaycan İdman Jurnalistləri İctimai Birliyidir. Əvvəlki analoji yarışlar Bakıda təşkil olunub. Qalib adını isə "Zəngilan" və "Şuşa" komandaları qazanıb.

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Komanda
Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Komanda
Azərbaycan basketbol tarixində ilk dəfə 5 liqalı mövsüm olacaq

Azərbaycan basketbol tarixində ilk dəfə 5 liqalı mövsüm olacaq

Komanda
Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Komanda
Azərbaycanın qadın voleybol millisi AVRO-2023-ə vəsiqəni qələbə ilə təmin edib

Azərbaycanın qadın voleybol millisi AVRO-2023-ə vəsiqəni qələbə ilə təmin edib

Komanda
Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Komanda
“Qarabağ” reqbi klubunun təsisçisi: “Şərait yaradılsa, yüksək nəticələr verə biləcək olimpiya yığması formalaşdırarıq”

“Qarabağ” reqbi klubunun təsisçisi: “Şərait yaradılsa, yüksək nəticələr verə biləcək olimpiya yığması formalaşdırarıq”

Komanda
Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub

Komanda
Azərbaycan çempionatının daha bir oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Azərbaycan çempionatının daha bir oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Komanda
Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq

Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq

Komanda
Azərbaycanın 3x3 basketbol millisi Serbiya ilə oyun keçirib

Azərbaycanın 3x3 basketbol millisi Serbiya ilə oyun keçirib

Komanda
NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

NBA tarixində tamaşaçı rekordu qeydə alınıb