“Qarabağ”ın avrokuboklarda 18 böyükhesablı qələbəsi - ARAŞDIRMA

“Qarabağ”ın avrokuboklarda 18 böyükhesablı qələbəsi - ARAŞDIRMA

“Qarabağ”ın avrokuboklarda böyükhesablı qələbələrinin sayı artıb.

“Report”un araşdırmasına görə, Azərbaycan çempionu qitəmiqyaslı turnirlərdə rəqiblərini 18-ci dəfə üç və ya daha çox top fərqi ilə məğlub edib.

Ağdam təmsilçisi son olaraq UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq çempionu “Linkoln”un qapısından 4 cavabsız top keçirib. Komanda bütün bu nailiyyətləri baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında gerçəkləşdirib.

“Qarabağ”ın ilk böyükhesablı qalibiyyəti 2010-cu ilə təsadüf edib. Ağdamlılar həmin vaxt Makedoniya “Metallurq”unu 4:1 hesabı ilə üstələyib.

Darmadağınların 13-ü Bakıdakı görüşlərdə reallaşıb. Azərbaycan çempionunun aktivindəki böyükhesablı qələbələrin 7-si Çempionlar Liqasının payına düşüb.

“Qarabağ”ın rekordu 5:0 hesabıdır. Qurbanovun kollektivi 2017/2018 mövsümündə öz meydanındakı Çempionlar Liqası matçında Gürcüstan “Samtrediya”sını 5 dəfə mərkəzə dəvət edib.

Bu komanda 5 dəfə dörd top, 12 dəfə isə üç top fərqi ilə rəqibini məğlubiyyətə uğradıb.

“Qarabağ”ın avrokuboklardakı böyükhesablı qələbələri:

01.07.2010. Avropa Liqası: “Qarabağ” - “Metallurq” (Makedoniya) - 4:1

30.06.2011. Avropa Liqası: “Banqa” (Litva) - “Qarabağ” - 0:4

07.07.2011. Avropa Liqası: “Qarabağ” - “Banqa” (Litva) - 3:0

22.07.2014. Çempionlar Liqası: “Qarabağ” - “Valletta” (Malta) - 4:0

27.08.2015. Avropa Liqası: “Qarabağ” - “Yanq Boyz” (İsveçrə) - 3:0

25.08.2016. Avropa Liqası: “Qarabağ” - “Göteborq” (İsveç) - 3:0

11.07.2017. Çempionlar Liqası: “Qarabağ” - “Samtrediya” (Gürcüstan) - 5:0

01.08.2018. Çempionlar Liqası: “Qarabağ” - “Kukesi” (Albaniya) - 3:0

30.08.2018. Avropa Liqası: “Qarabağ” - “Şerif” (Moldova) - 3:0

31.07.2019. Çempionlar Liqası: “Qarabağ” - “Dandalk” (İrlandiya) - 3:0

03.10.2019. Avropa Liqası: “Düdelanj” (Lüksemburq) - “Qarabağ” - 1:4

18.08.2020. Çempionlar Liqası: “Qarabağ” - “Sileks” (Makedoniya) - 4:0

01.10.2020. Avropa Liqası: “Legiya” (Polşa) - “Qarabağ” - 0:3

30.09.2021. Konfrans Liqası: “Omoniya” (Kipr) - “Qarabağ” - 1:4

12.07.2022. Çempionlar Liqası: “Qarabağ” - “Lex” (Polşa) – 5:1

15.09.2022. Avropa Liqası: “Qarabağ” - “Nant” (Fransa) – 3:0

06.10.2022. Avropa Liqası: “Olimpiakos” (Yunanıstan) - “Qarabağ” - 0:3

19.07.2023. Çempionlar Liqası: “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) – 4:0

Futbol
Azərbaycan Kuboku: "Turan Tovuz" səfərdə "Kəpəz"i məğlub edib

Azərbaycan Kuboku: "Turan Tovuz" səfərdə "Kəpəz"i məğlub edib

Futbol
Laurentsiu Regekampf: "Bütün komandalar bizə qarşı motivasiyalı oynayır"

Laurentsiu Regekampf: "Bütün komandalar bizə qarşı motivasiyalı oynayır"

Futbol
“Neftçi”nin yoxlama görüşü ləğv olunub

“Neftçi”nin yoxlama görüşü ləğv olunub

Futbol
"Real Madrid" iki futbolçusu ilə yollarını ayıracaq

"Real Madrid" iki futbolçusu ilə yollarını ayıracaq

Futbol
FİFA Mahir Emrelini futboldan uzaqlaşdırıb

FİFA Mahir Emrelini futboldan uzaqlaşdırıb

Futbol
"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

Futbol
Avropa Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib

Futbol
AFFA I Divizion komandasına texniki məğlubiyyət verib

AFFA I Divizion komandasına texniki məğlubiyyət verib

Futbol
Tərlan Əhmədov: "Oyunun əvvəlində futbolçularda həyəcan var idi"

Tərlan Əhmədov: "Oyunun əvvəlində futbolçularda həyəcan var idi"

Futbol
Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq

Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq

Futbol
AFFA rəsmisi "Roma"nın oyununa təyinat alıb

AFFA rəsmisi "Roma"nın oyununa təyinat alıb

Futbol
La Liqa: "Real Madrid" "Xetafe"ni məğlub edib

La Liqa: "Real Madrid" "Xetafe"ni məğlub edib