Qurban Qurbanov: “HİK sanki ikinci “Rakuv”dur”

Qurban Qurbanov: “HİK sanki ikinci “Rakuv”dur”

“HİK sanki ikinci “Rakuv”dur”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibləri Finlandiya HİK-ini dəyərləndirərkən deyib.

51 yaşlı mütəxəssis rəqiblərini UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində onları üstələyən Polşa klubu “Rakuv”a bənzədib: “Sistem və oyun olaraq eynidirlər. Skandinaviya komandaları intizamlı oynamağı xoşlayırlar. HİK də “Rakuv” kimi müdafiə olunur. Hücumda çox bənzərliklər var. Hər komandanın sürprizləri olur. Yenə də bütün rəqiblərə qarşı düşündüklərimizi yerinə yetirmək istəmişəm. Ümumən yaxşı komandaya qarşı oynayacağıq. Rəqibin harada təhlükəli zonaları, futbolçuları varsa, əlavə diqqət ayıracağıq”.

Baş məşqçi Azərbaycanın avrokuboklardakı hər üç komandasının avqustun 10-da rəqiblərini Bakıda qəbul etmələrinə də münasibət bildirib: “Hər komandanın öz azarkeşi var. Bakıda 4 milyondan çox adam yaşayır. Bu mənada problem olmayacaq. Futbol tarixində ilk dəfədir ki, üç oyun eyni şəhərdə keçiriləcək. Maraqlı olacaq. Təki hamı uğurlu nəticə əldə etsin, azarkeşlər də biri-birilərini təbrik etsinlər”.

Q.Qurbanov getdikcə daha yaxşı forma yığdıqlarını söyləyib: “İnanmıram ki, HİK-lə matça qədər komandanı toparlamaq çətin olsun. Əksinə, məncə, daha rahat olacaq. Narazılıqlar, “Rakuv”la ilk oyundan sonra var idi, bu günə kimi də davam edir. Biz elə yola çıxmışıq ki, bunlara hazır olmalıyıq”.

Təcrübəli mütəxəssis “Zirə”yə 0:1 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının I tur oyununu da dəyərləndirib: “Zirə” çempionata çox yaxşı başladı. Öz potensialımızdan çox aşağı oynadıq. Amma futbolçularımı başa düşürəm. Oyun təcrübəsi olmadıqda, formadan düşürlər. İlk görüş göstərdi ki, çempionatda hər matça daha ciddi yanaşmalıyıq. Qarşıdakı oyunlarda lazım olsa, rotasiyalara gedəcəyik. Çünki futbolçuların sağlamlığı da vacibdir. Maraqlı çempionat başladı. Qarşıdakı oyunlarda daha yaxşı olmağa çalışacağıq”.

Ağdam klubunun baş məşqçisi “Zirə”yə məğlubiyyətin onları daha da gücləndirəcəyini düşünür: “Uduzduqda, xal itirdikdə, belə oyunların komanda və mənim üçün faydası daha çox olub. Məncə, hər şey qaydasında olacaq. Çünki yaxşı kollektivimiz var. Daha yaxşı çıxış etməyə qadirik. İnanıram ki, get-gedə hər bir futbolçunun potensialını tam üzə çıxara biləcəyik”.

O, azarkeşlərin transfer tələb etmələrinə də toxunub: “Futbol azarkeşlərə görə oynanılır. Bəzən onlar da emosiyalarını saxlaya bilmirlər. Normal qarşılamaq lazımdır. Amma dəfələrlə bildirmişəm ki, mövsümün ortasında belə, transfer işləri ilə məşğul oluruq. Lazım olduğu oyunçuları dəvət edirik. Təəssüf ki, bəzən alınmır. Bu il az transfer etməmişik. Danışıqlarımız gedir. Çox maraqlı və döyüşkən futbolçularım var. Potensialımız bu deyil. Hamı bizim, “Qarabağ”ın üzərinə gəlir. Biz rəqiblərin üzərinə getməkdən çəkinməyəcəyik, həvəsdən düşməyəcəyik. Futbolçular bunu dərk edirlər”.

Qurban Qurbanov onları maraqlı mövsüm gözlədiklərini vurğulayıb: “Bu gün belə nəticə oldusa, deməli, çempionat maraqlı alınacaq. Hər rəqib ötən illə müqayisədə daha iddialıdır, çoxlu transferlər edib. Bunlara hazır olacağıq. Amma biz də pis deyilik. Daha ciddi və işgüzar olmalıyıq”.

Futbol
"Qarabağ" azarkeşləri stadiona mühafizə xidmətinin müşayiəti ilə gedəcək

"Qarabağ" azarkeşləri stadiona mühafizə xidmətinin müşayiəti ilə gedəcək

Futbol
Konfrans Liqası: Daha 10 komanda pley-offa yüksələ bilər

Konfrans Liqası: Daha 10 komanda pley-offa yüksələ bilər

Futbol
"Neftçi" legioneri ilə müqaviləni pozub

"Neftçi" legioneri ilə müqaviləni pozub

Futbol
“Kəpəz”in gürcüstanlı futbolçusu: “Hakimin yanlış qərarı bizi yarımfinaldan məhrum etdi”

“Kəpəz”in gürcüstanlı futbolçusu: “Hakimin yanlış qərarı bizi yarımfinaldan məhrum etdi”

Futbol
"Olimpiakos" Marselonu "Qarabağ"la oyunlar üçün sifariş edib

"Olimpiakos" Marselonu "Qarabağ"la oyunlar üçün sifariş edib

Futbol
Hakim Ziyeş Mərakeş millisində xüsusi şərtlərlə oynayır

Hakim Ziyeş Mərakeş millisində xüsusi şərtlərlə oynayır

Futbol
Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olunub

Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olunub

Futbol
Pelenin diaqnozu məlum olub

Pelenin diaqnozu məlum olub

Futbol
"Neftçi"nin futbolçusu Belarus yığmasına dəvət olunub

"Neftçi"nin futbolçusu Belarus yığmasına dəvət olunub

Futbol
“Sumqayıt” Rusiya klubu ilə qarşılaşacaq

“Sumqayıt” Rusiya klubu ilə qarşılaşacaq

Futbol
DÇ-2022: Argentina Meksikanı məğlub edib

DÇ-2022: Argentina Meksikanı məğlub edib

Futbol
"Şamaxı" və "Qəbələ"nin baş məşqçiləri Pro kateqoriyası alıblar

"Şamaxı" və "Qəbələ"nin baş məşqçiləri Pro kateqoriyası alıblar