Avropa Liqası: "Qarabağ" ən intizamlı və ən çox künc zərbəsi qazanan komandadır

Avropa Liqası: "Qarabağ" ən intizamlı və ən çox künc zərbəsi qazanan komandadır

"Qarabağ" UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra ən intizamlı komandadır.

"Report" qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Bakıda Finlandiya HİK-inə 2:1 hesabı ilə qalib gəldiyi matçda cəmi 4 dəfə qayda pozuntusuna yol verib. Bu epizodların heç birində "köhlən atlar"ın futbolçularına sarı və ya qırmızı vərəqə göstərilməyib.

İlk matçlardan sonra ən intizamsız kollektiv isə Yunanıstan "Olimpiakos"udur. Pirey təmsilçisi evdə Belçika "Genk"ini 1:0 hesabı ilə məğlub etdiyi görüşdə 14 qayda pozuntusuna yol verib və 3 dəfə sarı vərəqə ilə cəzalanıb.

Bundan başqa, Azərbaycan çempionu ən çox künc zərbəsi (9) qazanan komanda, Marko Yankoviç isə bu standart vəziyyətləri ən çox yerinə yetirən (7) oyunçu olub.

Qeyd edək ki, "Qarabağ" və HİK arasında cavab matçı avqustun 17-də Helsinkidə keçiriləcək.

Futbol
Murad Musayev Rusiyada oynaya biləcək azərbaycanlı futbolçuların adlarını açıqlayıb

Murad Musayev Rusiyada oynaya biləcək azərbaycanlı futbolçuların adlarını açıqlayıb

Futbol
Avstriya - Azərbaycan oyunu üçün bilet satışı təxirə salınıb

Avstriya - Azərbaycan oyunu üçün bilet satışı təxirə salınıb

Futbol
"Qarabağ"ın qapıçısı ciddi zədə alıb, əməliyyat olunacaq

"Qarabağ"ın qapıçısı ciddi zədə alıb, əməliyyat olunacaq

Futbol
Xorvatiya böyük hesabla qələbə qazanıb

Xorvatiya böyük hesabla qələbə qazanıb

Futbol
"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Səhv edəndə cəzasını çəkirsən"

"Olimpiakos"un baş məşqçisi: "Səhv edəndə cəzasını çəkirsən"

Futbol
Zaur Axundov milli komandanın futzalçıları ilə görüşüb

Zaur Axundov milli komandanın futzalçıları ilə görüşüb

Futbol
"Qarabağ"ın sabiq legioneri: "Nant"la oyun asan olmayacaq"

"Qarabağ"ın sabiq legioneri: "Nant"la oyun asan olmayacaq"

Futbol
Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri bəlli olub

Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri bəlli olub

Futbol
Canni De Byazi Polşa millisinin baş məşqçisi olmaq istəyir

Canni De Byazi Polşa millisinin baş məşqçisi olmaq istəyir

Futbol
Matuş Bero: "Azərbaycanla oyunun ilk hissəsi bizim üçün əsəbi keçdi"

Matuş Bero: "Azərbaycanla oyunun ilk hissəsi bizim üçün əsəbi keçdi"

Futbol
"Everton" 38 yaşlı qapıçı ilə müqavilə imzalayıb

"Everton" 38 yaşlı qapıçı ilə müqavilə imzalayıb