FHN əməkdaşı beynəlxalq yarışda gümüş medal qazanıb

FHN əməkdaşı beynəlxalq yarışda gümüş medal qazanıb

Avqustun 4-14-də Belarusda keçirilən II MDB oyunlarında 22 ölkənin 3 mindən çox idmançısı mübarizə aparıb. Azərbaycanın 16 idman növü üzrə 177 idmançı ilə təmsil olunduğu yarışlarda milli yığma komandanın üzvü, FHN-in İdman-sağlamlıq klubunun İdman təlim şöbəsinin inspektoru Murad Hacızadə karate üzrə kişilər arasında +84 kq çəki dərəcəsində keçirdiyi 5 döyüşün nəticəsinə görə II MDB oyunlarının gümüş medalını qazanıb.

FHN-dən APA-ya verilən xəbərə görə, Murad Hacızadə karate üzrə Avropa çempionu, Dünya Kubokunun qalibi və şotokan karate üzrə dünya çempionudur. Onun ilk məşqçisi 6-cı dan qara kəmər sahibi Rafael Məmmədov, hal-hazırki məşqçi isə karate üzrə ikiqat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Qeyd edilib ki, Murad Hacızadə 2023-cü ilin sentyabr ayında Kipr Respublikasında keçiriləcək böyüklər arasında “SERİE A” turnirində və oktyabr ayında Macarıstanda keçiriləcək Dünya çempionatında da iştirak edəcək.

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında 5 çəki dərəcəsində yarımfinalçılar müəyyənləşib

Boks üzrə Azərbaycan çempionatında 5 çəki dərəcəsində yarımfinalçılar müəyyənləşib

Döyüş növləri
Azərbaycan boksçuları ABŞ-da 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb

Azərbaycan boksçuları ABŞ-da 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb

Döyüş növləri
FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb

FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi başa çatıb

Boks üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi başa çatıb

Döyüş növləri
Azərbaycanın daha bir boksçusu Avropa birinciliyində erməni rəqibinə qalib gəlib

Azərbaycanın daha bir boksçusu Avropa birinciliyində erməni rəqibinə qalib gəlib

Döyüş növləri
Taekvondo üzrə milli komandanın məşqçilər korpusunda dəyişiklik olub

Taekvondo üzrə milli komandanın məşqçilər korpusunda dəyişiklik olub

Döyüş növləri
Azərbaycan boksçuları beynəlxalq turnirdə 12 medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 12 medal qazanıb

Döyüş növləri
Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Döyüş növləri
Azərbaycan taekvondoçuları açıq Niderland çempionatında iştirak edəcək

Azərbaycan taekvondoçuları açıq Niderland çempionatında iştirak edəcək

Döyüş növləri
FHN əməkdaşları arasında sərbəst güləş üzrə çempionat keçirilib - FOTO

FHN əməkdaşları arasında sərbəst güləş üzrə çempionat keçirilib - FOTO

Döyüş növləri
Azərbaycan birinciliyində Oğlan boksçular arasında 1/4, qızlar arasında finalçılar müəyyənləşib

Azərbaycan birinciliyində Oğlan boksçular arasında 1/4, qızlar arasında finalçılar müəyyənləşib

Döyüş növləri
Azərbaycan boksçuları Serbiyada beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları Serbiyada beynəlxalq turnirdə iştirak edəcək