Haaland Mbappeni geridə qoyub

Haaland Mbappeni geridə qoyub

Norveç UEFA Millətlər Liqasında Danimarkaya səfərdə 2:0 hesabı ilə geridə olmasına baxmayaraq, əzmkar qələbə qazanıb – 3:2. Bu nəticə skandinaviyalılara 1/4 finala vəsiqə qazandırıb.

QELEBE.AZ xəbər verir ki, qarşılaşmanın əsas qəhrəmanı Erlinq Haaland olub.

O, 37-ci dəqiqədə fərqi azaldıb, əlavə olunmuş dəqiqələrdə isə penaltidən qələbə qolunu vurub.

Bu görüşdən sonra Haaland Norveç millisinin heyətində 61 oyunda vurduğu qolların sayını 68-ə çatdırıb.

Beləliklə, norveçli hücumçu Fransa millisində 108 matçda 67 qol vuran Kilian Mbappeni geridə qoyub.