Asif Əsgərov: "ECA rəhbərliyi namizədliyimi irəli sürməyimi istədi"

Asif Əsgərov: "ECA rəhbərliyi namizədliyimi irəli sürməyimi istədi"

"Avropa Klublar Birliyinin (ECA) ali rəhbərləri namizədliyimi irəli sürməyimi istədilər".

Bunu "QELEBE.AZ"a açıqlamasında ECA-nın İcraiyyə Şurasına üzv seçilən "Qarabağ"ın baş meneceri Asif Əsgərov deyib.

O, bir neçə ay ərzində seçkilərlə məşğul olduqlarını bildirib: "2017-ci ildən ECA-nın komitə üzvüyəm, iki il sonra isə sədr müavini oldum. Orada müxtəlif layihələr üzərində aktiv fəaliyyət göstərirdik. Belə məsləhət oldu ki, 2023-cü ildəki seçkilərdə namizəd olum. "Qarabağ" klubuna da dəstək olduqları üçün təşəkkür edirəm. Namizədliyimi verdim, bir az işlədik və bu gün yaxşı nəticə aldıq".

Əsgərov UEFA reytinqində 29 - 55-ci pillərdə qərarlaşan ölkə təmsilçilərinin ona səs vermək hüququnun olduğunu söyləyib: "Şurada fərqli 4 qrup var. Bu da klubların təmsil olunduqları ölkələrin reytinqə əsasən müəyyən edilir. Hər ölkənin bir klubu səsvermədə iştirak edirdi".

O, son olaraq İcraiyyə Şurasına üzv seçilməsinin Azərbaycan klublarına müsbət təsiri barədə sualı cavablandırıb: "Hazırda bu barədə nəsə desəm, düzgün anlaşılmaya bilər. İndi cavablandırmasam, daha yaxşıdır. Amma əlbəttə ki, Avropada nə qədər çox olsaq və bir-birimizi dəstəkləsək, futbolumuz adına da yaxşı olacaq. ECA qitədə yeganə qurumdur ki, klubları birləşdirir, onların haqqlarını və hüquqlarını təmsil edir. Bu, UEFA və FİFA tərəfindən tanınan yeganə təşkilatdır. Verilən bütün qərarlar isə UEFA tərəfindən qəbul edilir".

Futbol
DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edə bilməyib

DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edə bilməyib

Futbol
PSJ-nin sahibi İngiltərədə klub almaq istəyir

PSJ-nin sahibi İngiltərədə klub almaq istəyir

Futbol
Qurban Qurbanov: "İki və ya üç oyunçu transfer etmək istəyirik"

Qurban Qurbanov: "İki və ya üç oyunçu transfer etmək istəyirik"

Futbol
Kriştianu Ronaldu "Barselona"ya keçə bilər

Kriştianu Ronaldu "Barselona"ya keçə bilər

Futbol
DÇ-2022: Xorvatiya 1/8 finalda, Belçika qrupda qalıb

DÇ-2022: Xorvatiya 1/8 finalda, Belçika qrupda qalıb

Futbol
"Qarabağ" Marko Veşoviçlə 2 illik müqavilə imzalayıb

"Qarabağ" Marko Veşoviçlə 2 illik müqavilə imzalayıb

Futbol
Gəncədə yeni stadion tikilməsi təklif olunub

Gəncədə yeni stadion tikilməsi təklif olunub

Futbol
Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb

Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb

Futbol
“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb

“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb

Futbol
Minifutbol üzrə Azərbaycan millisi 2023-cü ilin noyabrında mundiala qatılacaq

Minifutbol üzrə Azərbaycan millisi 2023-cü ilin noyabrında mundiala qatılacaq

Futbol
"Qarabağ"ın rəqibi yenə qələbəyə həsrət qalıb

"Qarabağ"ın rəqibi yenə qələbəyə həsrət qalıb

Futbol
"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub

"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub