Premyer Liqa: "Qarabağ" bir ildir "Sabah"ı məğlub edə bilmir - STATİSTİKA

Premyer Liqa: "Qarabağ" bir ildir "Sabah"ı məğlub edə bilmir - STATİSTİKA

"Qarabağ" Azərbaycan Premyer Liqasında "Sabah"a qarşı keçirdiyi son üç oyunda qalib gələ bilmir.

"Report"un məlumatına görə, son ölkə çempionu bu qarşılaşmalarda yalnız 2 xal qazanıb.

Ağdam təmsilçisinin "bayquşlar" üzərində sonuncu qalibiyyəti 2022-ci ilin sentyabrına təsadüf edib - 4:3.

Ondan sonra baş tutan görüşlərin ikisi heç-heçə (0:0, 1:1) yekunlaşıbsa, apreldə gerçəkləşən dueldə "Sabah" sevinən tərəf olub - 2:1. Maraqlıdır ki, paytaxt klubu "köhlən atlar"ı ilk dəfə elə həmin vaxt məğlubiyyətə uğradıb.

Sentyabrın 17-də Premyer Liqanın VI turunun bağlanış matçı bu komandaların çempionatda yubiley - 20-ci görüşü olacaq. Əvvəlki 19 oyunun 12-də "Qarabağ" üstün olubsa, 6 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də ağdamlıların aşkar üstünlüyü diqqət çəkir - 35:12.

Bundan başqa, səfərdə rəqibini məğlub edə bilməyən Bakı təmsilçisi rəqib meydanında yalnız 4 heç-heçəyə nail olub. Onların üçündə 1:1 hesabı qeydə alınıbsa, digəri qolsuz başa çatıb.

Qeyd edək ki, sentyabrın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 19:30-da start götürəcək.

Futbol
Cənubi koreyalı hücumçu "Qarabağ"a qarşı oynaya biləcək

Cənubi koreyalı hücumçu "Qarabağ"a qarşı oynaya biləcək

Futbol
İngiltərə Premyer Liqası: “Liverpul” qol vurmadan “Lester”i yenib

İngiltərə Premyer Liqası: “Liverpul” qol vurmadan “Lester”i yenib

Futbol
Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Futbol
UEFA Emre Belözoğlunu cəzalandırıb

UEFA Emre Belözoğlunu cəzalandırıb

Futbol
“Mançester Yunayted” satılır

“Mançester Yunayted” satılır

Futbol
La Liqa: "Barselona" "Valensiya"nı məğlub edib

La Liqa: "Barselona" "Valensiya"nı məğlub edib

Futbol
"Qarabağ"ın legioneri: "Marselo məni az da olsa tanıyır"

"Qarabağ"ın legioneri: "Marselo məni az da olsa tanıyır"

Futbol
DÇ-2022: Portuqaliya millisinin yekun heyəti bəlli olub

DÇ-2022: Portuqaliya millisinin yekun heyəti bəlli olub

Futbol
Oğlu Dieqo Simeonenin rekordunu təkrarlayıb

Oğlu Dieqo Simeonenin rekordunu təkrarlayıb

Futbol
Azərbaycanlı futbol məşqçilərinə Pro lisenziyası təqdim olunub

Azərbaycanlı futbol məşqçilərinə Pro lisenziyası təqdim olunub

Futbol
AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edib

AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edib

Futbol
"Çelsi" klubu 7 futbolçu ilə vidalaşmağa hazırlaşır

"Çelsi" klubu 7 futbolçu ilə vidalaşmağa hazırlaşır