Avropa Liqası: "Qarabağ" İsveçdə "Hakken"ə qalib gəlib - YENİLƏNİB - 6

Avropa Liqası: "Qarabağ" İsveçdə "Hakken"ə qalib gəlib - YENİLƏNİB - 6

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda İsveçdə "Hakken"in qonağı olub.

“Ullevi” stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0. 70-ci dəqiqədə Juninyo Olavio Yassin Benzianın ötürməsindən sonra topu qapıdan keçirib.

İlk turda Bakıda "Molde"ni 1:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi xallarının sayını 6-ya çatdırıb.

H qrupunun digər görüşündə Almaniyanın "Bayer 04" komandası Norveçdə "Molde"yə qalib gəlib - 2:0. Altı xala malik olan Leverkuzen klubu qolların nisbətində "Qarabağ"ı üstələyir və liderliyini davam etdirir. "Molde" və "Hakken"in isə xalı yoxdur.

00:30

İsveçdə "Hakken" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda hesab açılıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi 70-ci dəqiqədə meydan sahiblərini məyus edib.

Juninyo Olavio Yassin Benzianın ötürməsindən sonra topu qapıdan keçirib.

00:05

İsveçdə "Hakken" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, hələlik görüşdə hesab açılmayıb.

23:48

İsveçdə "Hakken" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

23:00

İsveçdə "Hakken" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu start götürüb.

"Report"un məlumatına görə, “Ullevi” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Görüşü avstriyalı FIFA referisi Sebastian Qishamer idarə edir.

H qrupunun digər matçında Almaniyanın "Bayer 04" kollektivi Norveçdə "Molde" ilə üz-üzə gəlir.

21:53

İsveçdə UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda üz-üzə gələcək "Hakken" və "Qarabağ"ın start heyətləri bəlli olub.

"Report" xəbər verir ki, komandalar meydanı aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Hakken": 26. Peter Abrahamson, 13. Simon Sandberq, 3. Yohan Hammar, 4. Ayham Usu, 21. Tomas Totland, 18. Mikkel Riqaard, 11. Samuel Qustafson (k), 14. Simon Qustafson, 24. Amor Layuni, 17. Eduard Çilufya, 23. Mamadu Sonko

Baş məşqçi: Per Matias Hoqmo

"Qarabağ": 99. Andre Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 6. Julio Romao, 8. Marko Yankoviç, 77. Yassin Benzia, 10. Abdullah Zubir, 18. Juninyo Olavio, 15. Leandro Andrade

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün “Ullevi” stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Futbol
Ülvi İsgəndərov: “Komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər”

Ülvi İsgəndərov: “Komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər”

Futbol
Zlatan İbrahimoviç komediya serialına çəkiləcək

Zlatan İbrahimoviç komediya serialına çəkiləcək

Futbol
Rusiyalı məşhur futbolçu karyerasını başa vurub

Rusiyalı məşhur futbolçu karyerasını başa vurub

Futbol
Premyer Liqa: "Sabah" "Səbail"i, "Zirə" "Qəbələ"ni qəbul edəcək

Premyer Liqa: "Sabah" "Səbail"i, "Zirə" "Qəbələ"ni qəbul edəcək

Futbol
Messi karyerasında 1000-ci oyununa çıxıb

Messi karyerasında 1000-ci oyununa çıxıb

Futbol
Türkiyə kubokunun püşkü atılıb

Türkiyə kubokunun püşkü atılıb

Futbol
"Qarabağ"ın rəqibi erməni futbolçunu əsas siyahıya daxil etməyib

"Qarabağ"ın rəqibi erməni futbolçunu əsas siyahıya daxil etməyib

Futbol
El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb

El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb

Futbol
Azərbaycan Premyer Liqasında son mövsümün azarkeş rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında son mövsümün azarkeş rekordu qeydə alınıb

Futbol
“Marsel” azarkeşləri PSJ-yə qarşı oyuna buraxılmayacaq

“Marsel” azarkeşləri PSJ-yə qarşı oyuna buraxılmayacaq

Futbol
Gəncədə qəzalı vəziyyətdə olan şəhər stadionunun təmirə ehtiyacı var

Gəncədə qəzalı vəziyyətdə olan şəhər stadionunun təmirə ehtiyacı var

Futbol
Volkan Demirel Türkiyə klubunun baş məşqçisi olub

Volkan Demirel Türkiyə klubunun baş məşqçisi olub