Ənənəvi Karate-Do Federasiyasının tərkibinə 3 yeni təşkilat daxil olub
Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində fəaliyyət göstərən Ənənəvi Karate-Do Federasiyasının tərkibinə 3 yeni təşkilat daxil olub.
Bu barədə “Report”a AKF-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin təşkilatlar Şito Ryu Karate do, AYAZ Karate do klubu və Fudokanın Azərbaycan nümayəndəliyidir.
Adları sadalanan klublarla Ənənəvi Karate-Do Federasiyası arasında AKF-nin baş ofisində qarşılıqlı müqavilə imzalanıb.

https://qalaba.az//uploads/photo/enenevi-karate-do-federasiyasinin-terkibine-3-yeni-teshkilat-daxil-olub.webp











