“Neftçi”nin legioneri: “Optimistəm, çünki hələ mövsümün əvvəlindəyik”

“Neftçi”nin legioneri: “Optimistəm, çünki hələ mövsümün əvvəlindəyik”

“Optimistəm, çünki hələ mövsümün əvvəlindəyik”.

“Report” xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Mark Tamaş “nemzetisport.hu” saytına açıqlamasında deyib.

30 yaşlı mərkəz müdafiəçisi Premyer Liqanın IX turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları görüşdə bu nəticəyə layiq olmadıqlarını bildirib: “Əvvəlki çempionat matçlarındakı kimi, bu dəfə də kifayət qədər qol şanslarımız oldu. Təəssüf ki, yenə imkanları dəyərləndirə bilmədik. Artıq həftələrdir bu problemlə mübarizə aparırıq. Yaranmış vəziyyət bizi hədsiz dərəcədə əsəbiləşdirir. “Qarabağ”ın isə iki imkanı oldu, hər ikisində qol vurdu”.

Tamaş hücum xəttində yer alan futbolçulardan daha effektli oyun gözləyir: “Hücumçularımız effektli olsalar, turnir cədvəlində yuxarı pillələrə qalxmağa başlayarıq. Zərbələri qola çevirməməyimizin səbəbi ustalıq problemi və ya konsentrasiyanın olmaması deyil. Sadəcə, uğursuzluq zolağındayıq. Bəzən topu qapı dirəyinə vururuq, bəzən rəqibin qapıçısı belə topu necə qaytaracağını bilmir. Yenə də üzərimizdə çox çalışmağımız öz bəhrəsini verəcək. “Səbail”lə növbəti turun oyununda uğurlu seriyaya başlayacağımıza inanıram”.

Macarıstanlı futbolçu baş məşqçi Adrian Mutunun komandanı bu vəziyyətdən çıxaracağını düşünür: “Əvvəlcə Konfrans Liqasında, ardından isə çempionatda oynamaq şansı yaxaladım. Buna görə çox şadam. Son 3-4 görüşdə özümü gözlədiyim formada hiss etdim. Baş məşqçimiz Adrian Mutu mənə güvənir. Xoşbəxtlikdən klub rəhbərliyi də ona inanır. O, ötənlərin məşhur hücumçusudur. Şübhəsiz ki, bizi daha effektli etməyin yolunu tapacaq. Bəlkə də hücumçularımız özünəinam hissi qazanmaq üçün məşqdə boş qapıya zərbələr vurmalı olacaqlar”.

Təcrübəli oyunçu Macarıstan millisinə çağırılmamasını normal qarşılayıb: “Yığmamız son vaxtlar sabit və uğurlu futbol göstərir. Dəvət almayacağımı təxmin etmişdim. Yenə də adlar oxunanda insan öz adının səslənəcəyini gözləyir. Mənim işim yaxşı futbol oynamaq və əlimdən gələni etməkdir. Təslim olmayacağam”.

Qeyd edək ki, “Neftçi” hazırda 12 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Futbol
"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

Futbol
"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

Futbol
Pelenin son durumu açıqlanıb

Pelenin son durumu açıqlanıb

Futbol
Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Futbol
Avropa Liqasında həftənin oyunçusu bəlli olub

Avropa Liqasında həftənin oyunçusu bəlli olub

Futbol
DÇ-2022: Xorvatiya 1/8 finalda, Belçika qrupda qalıb

DÇ-2022: Xorvatiya 1/8 finalda, Belçika qrupda qalıb

Futbol
PFL stadionlardakı projektor problemini həll etmək istəyir

PFL stadionlardakı projektor problemini həll etmək istəyir

Futbol
Rail Məlikov: "Baş məşqçinin səhhəti pisləşib"

Rail Məlikov: "Baş məşqçinin səhhəti pisləşib"

Futbol
Portuqaliya millisinin baş məşqçisi istefaya göndəriləcək

Portuqaliya millisinin baş məşqçisi istefaya göndəriləcək

Futbol
Azərbaycan millisi Afinaya 14 futzalçı ilə yollanır

Azərbaycan millisi Afinaya 14 futzalçı ilə yollanır

Futbol
Fransa klubu "Qarabağ"la oyun üçün 20 futbolçu sifariş edib

Fransa klubu "Qarabağ"la oyun üçün 20 futbolçu sifariş edib

Futbol
Almaniya klubu Türkiyə millisinin futbolçusunu heyətinə qatıb

Almaniya klubu Türkiyə millisinin futbolçusunu heyətinə qatıb