Azərbaycan Premyer Liqasında 23 ayın rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında 23 ayın rekordu qeydə alınıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında son 23 ayın rekordu qeydə alınıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, mövsümün X turuna təsadüf edib. Üç gün ərzində keçirilən 5 oyunda 19 top vurulub.

“Səbail” – “Neftçi” (2:4) matçında 6, “Qəbələ” – “Araz-Naxçıvan”(1:4) görüşündə 5, “Turan Tovuz” – “Qarabağ” (2:2) və “Sabah” – “Sumqayıt” (3:1) qarşılaşmalarının hərəsində 4 qol qeydə alınıb. Yalnız “Kəpəz” – “Zirə” oyunu qolsuz bitib.

Bir turda 19 qolun vurulması təkcə mövsümün deyil, 10 komandanın mübarizə apardığı son iki çempionatın mütləq rekordudur. Orta məhsuldarlıq 3,80-ə bərabər olub.

Ölkə çempionatları tarixində daha yüksək məhsuldarlığa sonuncu dəfə 2021-ci ilin noyabrında təsadüf edilib. 2021/22 mövsümünün X turunda keçirilən 4 matçda 17 qol vurulub. Həmin vaxt məhsuldarlıq 4,25-ə bərabər olub.

Noyabrın 6-7-də “Sabah” – “Zirə” (3:3), “Şamaxı” – “Neftçi” (3:2), “Səbail” – “Qəbələ” (0:2) və “Sumqayıt” – “Qarabağ” (0:4) görüşləri keçirilib.

Qeyd edək ki, bunadək cari mövsümün rekordu 15 qolun vurulduğu I turda qeydə alınmışdı.

Futbol
AFFA "Sabah" klubunun şikayətini təmin etməyib

AFFA "Sabah" klubunun şikayətini təmin etməyib

Futbol
"Zirə" "Neftçi" ilə oyunda ciddi itki ilə üzləşib

"Zirə" "Neftçi" ilə oyunda ciddi itki ilə üzləşib

Futbol
Səudiyyəli futbolçunun qapıçısı ilə toqquşması nəticəsində çənəsi sınıb

Səudiyyəli futbolçunun qapıçısı ilə toqquşması nəticəsində çənəsi sınıb

Futbol
"Nant"ın baş məşqçisi: "İnanıram ki, "Qarabağ" üzərində qələbə dönüş nöqtəsi olacaq"

"Nant"ın baş məşqçisi: "İnanıram ki, "Qarabağ" üzərində qələbə dönüş nöqtəsi olacaq"

Futbol
Londonda 5 azarkeş həbs olunub

Londonda 5 azarkeş həbs olunub

Futbol
Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub

Futbol
Millətlər Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Millətlər Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Futbol
"Zirə"nin iki futbolçusu cəzalanıb, klub cərimə olunub

"Zirə"nin iki futbolçusu cəzalanıb, klub cərimə olunub

Futbol
PFL rəsmisi "Barselona"nın oyununa təyinat alıb

PFL rəsmisi "Barselona"nın oyununa təyinat alıb

Futbol
"Napoli" Maradonanın dönəmindəki rekordu təkrarlayıb

"Napoli" Maradonanın dönəmindəki rekordu təkrarlayıb

Futbol
Neymar PSJ-nin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib

Neymar PSJ-nin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib

Futbol
"Mançester Yunayted"in qapıçısı Azərbaycan millisinə qarşı oynamayacaq

"Mançester Yunayted"in qapıçısı Azərbaycan millisinə qarşı oynamayacaq