Bakıda idman avtomobillərinin sərgisi olub

Bakıda idman avtomobillərinin sərgisi olub

Bakıda keçirilən Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclası və FIA Prize-Giving Ceremony-Mükafatlandırma mərasimi günlərində paytaxt sakinləri və qonaqların diqqətini cəlb edən tədbirlərdən biri də FIA-nın yarışlarında qalib gələn avtomobillərin sərgisi olub.

"QELEBE.AZ" xəbər verir ki, sərgi FIA-nın tədbirlərinin keçirildiyi məkanlardan birində - Heydər Əliyev Mərkəzinin qarşısında baş tutub.

Burada 2023-cü ildə Formula 1, Dünya Ralli Çempionatı (World Rally Championship), Dünya Ralli-Raid Çempionatı (World Rally-Raid Championship (W2RC), FIA Dünya Dözümlülük Çempionatı (FIA World Endurance Championship), Dünya Rallikross Çempionatı (World Rallycross Championship) qalib pilotların idarə etdiyi avtomobillər nümayiş etdirilib.

Avtomobil idmanı həvəskarları sərgidə bir daha həmin yarış həyəcanını yaşamaq imkanı qazanıblar.

Qeyd edək ki, FIA həftəsi çərçivəsində məşhur pilotlar da FIA Prize-Giving Ceremony-Mükafatlandırma mərasimində iştirak etmək üçün Bakıya gələcək.

Xatırladaq ki, dekabrın 5-dən 8-dək Bakı ilk dəfə olaraq Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclası və avtomobil idmanı sahəsində ən gözlənilən tədbirlərdən biri olan FIA Prize-Giving Ceremony-yə ev sahibliyi edir.

Tədbirdə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları Azərbaycanda bir araya gəliblər.

Qonaqlar FIA həftəsi çərçivəsində avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə edirlər. Ümumilikdə federasiyanın Bakı tədbirlərində 128 ölkədən gələn nümayəndə, klub təmsilçiləri, həmçinin onlayn şəkildə tədbirə qoşulan nümayəndələr iştirak edir.

Azərbaycan Avtomobil Federasiyasının tərəfdaşlığı ilə keçirilən FIA həftəsi bu günlərdə bütün avtomobil həvəskarlarını, o cümlədən könüllüləri öz ətrafında birləşdirib.

Qeyd edək ki, son illər Azərbaycanda avtomobil idmanının inkişafı üzrə bir sıra layihələr keçirilir. Bakı dünyanın ən nüfuzlu idman yarışlarından biri – "Formula 1" üzrə Azərbaycan Qran-prisinə uğurla ev sahibliyi edir və bu idman həvəskarlarını paytaxtımızda toplayır.

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı və təşəbbüsü ilə son illər avtomobil idmanının inkişafı, gənclər arasında təbliği baxımından da bir sıra layihələr həyata keçirilir, müxtəlif avtomobil idmanı yarışları təşkil olunur, avtomobil tarixinin öyrənilməsi məqsədilə avtomobil sərgiləri keçirilir, yol hərəkəti təhlükəsizliyi ilə bağlı bir sıra işlər görülür, təlimlər təşkil olunur, bununla bağlı maarifləndirici nəşrlər hazırlanaraq yayımlanır. Azərbaycanda pilotların hazırlanması, təmsilçilərimizin digər ölkələrdəki yarışlarda iştirakı da avtomobil idmanının inkişafının təsdiqidir.

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" turnirinin qalibi müəyyənləşib

"Vüqar Həşimov Memorialı-2022" turnirinin qalibi müəyyənləşib

Fərdi
Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Fərdi
Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb

Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb

Fərdi
Azərbaycan cüdoçusu Avropa çempionatında zədəli rəqibini çiynində daşıyıb

Azərbaycan cüdoçusu Avropa çempionatında zədəli rəqibini çiynində daşıyıb

Fərdi
Fərid Qayıbov gimnastikanın Avropa Oyunlarından çıxarılmasına təəssüflənib

Fərid Qayıbov gimnastikanın Avropa Oyunlarından çıxarılmasına təəssüflənib

Fərdi
Polşada keçiriləcək Avropa Oyunları üçün ikinci maskot təsdiqlənib

Polşada keçiriləcək Avropa Oyunları üçün ikinci maskot təsdiqlənib

Fərdi
Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları tikiləcək

Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları tikiləcək

Fərdi
Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Fərdi
Azərbaycanın daha bir tennisçisi erməniyə qalib gəlib

Azərbaycanın daha bir tennisçisi erməniyə qalib gəlib

Fərdi
Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Fərdi
Fərid Qayıbov: "Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 120-dən çox medal qazanıblar"

Fərid Qayıbov: "Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 120-dən çox medal qazanıblar"

Fərdi
Azərbaycan taekvondoçusu Avropa ikincisi olub

Azərbaycan taekvondoçusu Avropa ikincisi olub