Azərbaycan millisi Lixtenşteyn səfərində – YENİLƏNİR
Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, yığmamız D Liqasının 2-ci qrupunda Lixtenşteynin qonağı olacaq.
Vaduz şəhərində yerləşən “Reynpark” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Görüşü Estoniyadan olan FIFA referisi Kristo Tohver idarə edəcək. Ona həmyerliləri Silver Koiv və Sander Saqa kömək göstərəcəklər.
Ayxan Abbasovun yetirmələri hazırda 5 xalla qrupun lideridir. Üç oyun keçirən komandamız bir qələbə qazanıb, iki dəfə heç-heçə edib. Lixtenşteyn isə 1 xalla sonuncu – üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
UEFA Millətlər Liqası,
D Liqası, 2-ci qrup
13 noyabr
23:45. Lixtenşteyn – Azərbaycan
Baş hakim: Kristo Tohver (Estoniya)
Stadion: “Reynpark” (Vaduz)

https://qalaba.az//uploads/photo/azerbaycan-millisi-lixtenshteyn-seferinde-yenilenir.webp