Taekvondo hakimlərinin ümumrespublika seminarı keçiriləcək
Taekvondo hakimlərinin ümumrespublika seminarı təşkil olunacaq.
“QELEBE.AZ” xəbər verir ki, tədbir Azərbaycan Taekvondo Federasiyasının (ATF) inzibati binasında baş tutacaq.
ATF-nin baş hakimi, beynəlxalq dərəcəli referi Gündüz Abdullayev tərəfindən keçiriləcək seminar ölkə çempionatı və birinciliklərinə seçim xarakteri daşıyacaq.
Hakimlər dekabrın 15-16-da seminarlara qatılacaq, 17-də isə yekun imtahandan keçəcəklər.

https://qalaba.az//uploads/photo/taekvondo-hakimlerinin-umumrespublika-seminari-kechirilecek.webp











