Boris Qelfand: “Vüqar Həşimov Memorial-2023”də hər şey ən yüksək səviyyədə təşkil olunub”

Boris Qelfand: “Vüqar Həşimov Memorial-2023”də hər şey ən yüksək səviyyədə təşkil olunub”

“Vüqar Həşimov Memorial-2023” superturnirində hər şey ən yüksək səviyyədə təşkil olunub. Gördüklərim məndə çox xoş təəssüratlar yaradır”.

“QELEBE.AZ”un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Vüqar Həşimov Memorial-2023” superturnirinə qatılan İsrail şahmatçısı Boris Qelfand deyib.

Bu gün startı verilən yarışın ilk 3 turunda 1 xal toplayan Belarus əsilli qrossmeyster öz çıxışından narazılıq bildirib. O, bəyəndiyi şahmatçının adını da çəkib: “Hələ ki, pis oynayıram. Ümid edirəm ki, çıxışım yaxşılaşacaq. Çox güclü turnirdir. Rəqiblərimdən Şəhriyar Məmmədyarov çox yaxşı çıxış etdi. Həmçinin, Nicat Abasovla partiyada da onun görüşü çox yaxşı keçirdiyini gördüm”.

55 yaşlı şahmatçı azərbaycanlı həmkarlarının böyük turnirlərdə uğur qazanacaq potensiala malik olduqlarını düşünür: “Dünya çempionluğu uğrunda rəqabət böyükdür. Bu yarışda iştirak etmək üçün hər şey düzgün alınmalıdır. Azərbaycanlı şahmatçılar da bunun üçün inanmalı və çalışmalıdırlar. Şahmat tacı uğrunda yarışmaq da motivasiyadan asılıdır. Şəhriyar Məmmdyarov və Teymur Rəcəbov kimi qrossmeysterlərin motivasiyaları olsa, finalda iştirak şansları yaranar. İddiaçılar turnirində Şəhriyara qalib gələndə dedim ki, Boris qarşıda hələ çox ilinin olduğunu sübut etdi. Ümid edirəm ki, Məmmədyarovda finala çıxmaq alınacaq”.

O, Azərbaycan millisində gənc şahmatçıları hazırlamağa özünü hazır hesab etmir: “Bununla məşğul olmuram. Hansısa formatda, toplanışda ola bilər. Ancaq özümü bu işə tam həsr edə bilmərəm. Çünki çox işim var. Hər halda, istək olsa, köməyim dəyər”.

Boris Qelfand mərhum şahmatçı Vüqar Həşimovla bağlı xatirələrini də bölüşüb: “Onunla çox oynamışam. Rapidləri də saysaq, 10-dan çox partiyada qarşılaşmışıq. Çox maraqlı partiyalarımız olub. Vüqara 10 gedişdə uduzduğum oyun da olub. Ən tez məğlubiyyətim Həşimova olub. Yadımdadır ki, Monakoda iki parlaq partiyamız alınmışdı. Hərəmiz bir dəfə qələbə qazanmışdıq. Onun haqqında ən xoş xatirələrimin olduğunu deyə bilərəm. Təəssüf ki, aramızdan belə tez getdi”.

Fərdi
Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb

Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirin daha iki iştirakçısı bəlli olub

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirin daha iki iştirakçısı bəlli olub

Fərdi
AMADA: "Dopinq testlərinin 87 faizi Bakıda götürülüb"

AMADA: "Dopinq testlərinin 87 faizi Bakıda götürülüb"

Fərdi
Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Fərdi
Azərbaycan cüdoçuları İtaliyada Açıq Avropa turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları İtaliyada Açıq Avropa turnirində iştirak edəcək

Fərdi
Tokio Olimpiadasında Azərbaycana bürünc medal qazandırmış boksçu Paris-2024-də çəkisini dəyişəcək

Tokio Olimpiadasında Azərbaycana bürünc medal qazandırmış boksçu Paris-2024-də çəkisini dəyişəcək

Fərdi
Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayır

Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayır

Fərdi
Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Fərdi
Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Fərdi
Göygöldə ustad dərsləri təşkil olunub

Göygöldə ustad dərsləri təşkil olunub

Fərdi
Azərbaycan karateçisi: "Bakıdakı yarışda qalib gəlməklə özümü sübut etdim"

Azərbaycan karateçisi: "Bakıdakı yarışda qalib gəlməklə özümü sübut etdim"