Xankəndidə keçirilən oyunda “Qarabağ” MOİK-ə qalib gəlib - YENİLƏNİB-4

Xankəndidə keçirilən oyunda “Qarabağ” MOİK-ə qalib gəlib - YENİLƏNİB-4

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

“QELEBE.AZ”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, “Qarabağ” MOİK-lə üz-üzə gəlib.

Xankəndi şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+3-cü dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb.

“Köhlən atlar” 1/4 finalda “Sabah”la üz-üzə gələcək.

15:10

Xankəndidə "Qarabağ" və MOİK arasında keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda ikinci hissə başlayıb.

"QELEBE.AZ"un şəhərə ezam olunmuş əməkdaşı xəbər verir ki, hələlik görüşdə hesab açılmayıb.

14:45

Xankəndidə “Qarabağ” və MOİK arasında keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda ilk hissə başa çatıb.

“QELEBE.AZ”un şəhərə ezam olunmuş əməkdaşı xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

13:58

“Qarabağ” və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb.

“QELEBE.AZ”un şəhərə ezam olunmuş əməkdaşı xəbər verir ki, Xankəndi şəhər stadionundakı qarşılaşma az öncə start götürüb. Topa ilk toxunuşu Prezident İlham Əliyev edib.

Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası idarə edir. Bu oyunun qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək.

Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur.

12:52

Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndi şəhər stadionunda üz-üzə gələcək “Qarabağ” və MOİK komandaları start heyətlərini açıqlayıblar.

“QELEBE.AZ”un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, komandalar aşağıdakı “11-lik”lərlə meydana çıxacaqlar.

“Qarabağ”: Luka Quqeşaşvili, Mateus Silva, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Elvin Cəfərquliyev, Marko Yankoviç, Riçard Almeyda, Nəriman Axundzadə, Redon Cica, Hamidu Keyta, Juninyo.

Ehtiyat oyunçular: Andrey Lunyov, Amin Ramazanov, Bədavi Hüseynov, Marko Veşoviç, Toral Bayramov, Abbas Hüseynov, Julio Romao, Patrik Andrade, Yassin Benzia, Abdullah Zubir, Leandro Andrade, Adama Diakabi.

Baş məşqçi: Qurban Qurbanov.

MOİK: Zeynal Əhmədzadə, Fərid Abbaslı, Nicat Əskərov, Nurlan Bayramov, İsa Zeynallı (k), Ramil Orucov, Xəyal Bədirov, Elvin Vəliyev, Elmir Rəhimzadə, Sabir Allahquliyev, Ülvi İbazadə.

Ehtiyat oyunçular: Ayxan Qocayev, Məhmməd Qurbanov, Nihad Ağayev, Həsrət Mürsəlov, Cavidan Abbaszadə, Samir İbrahimov, Raul Musayev, Murad Musayev, Elşən Veysov, Elçin Bayramov.

Baş məşqçi: Qəzənfər Abbasov.

Qeyd edək ki, görüş saat 14:00-da başlayacaq.

Futbol
İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub

İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub

Futbol
"Qarabağ" və "Neftçi" azarkeşlərə görə cərimələnib

"Qarabağ" və "Neftçi" azarkeşlərə görə cərimələnib

Futbol
Pele ilə futbola başladığı stadionda vida mərasimi keçirilir - FOTO

Pele ilə futbola başladığı stadionda vida mərasimi keçirilir - FOTO

Futbol
Avrokuboklarda ən çox qol vuran afrikalı futbolçular açıqlanıb

Avrokuboklarda ən çox qol vuran afrikalı futbolçular açıqlanıb

Futbol
Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük"

Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük"

Futbol
Jurnalist Dünya Çempionatını şərh edərkən vəfat edib

Jurnalist Dünya Çempionatını şərh edərkən vəfat edib

Futbol
Məşhur futbolçunun qardaşı həbs edilib

Məşhur futbolçunun qardaşı həbs edilib

Futbol
"Olimpiakos" və "Qarabağ"ın start heyətləri bəlli olub

"Olimpiakos" və "Qarabağ"ın start heyətləri bəlli olub

Futbol
"Traktor"un futbolçusu: "Qarabağ"la yoldaşlıq oyunu çox maraqlı alınar"

"Traktor"un futbolçusu: "Qarabağ"la yoldaşlıq oyunu çox maraqlı alınar"

Futbol
Lui Van Qal məşqçilik karyerasını başa vurub

Lui Van Qal məşqçilik karyerasını başa vurub

Futbol
Emin Mahmudov: "Millidəki hər oyun bizim üçün çox vacibdir"

Emin Mahmudov: "Millidəki hər oyun bizim üçün çox vacibdir"

Futbol
Çempionlar Liqası: "Napoli" İtaliya futbolunun tarixinə düşüb

Çempionlar Liqası: "Napoli" İtaliya futbolunun tarixinə düşüb