Premyer Liqa: mövsümün ilk yarısında ən çox penalti qazanan komandalar - ARAŞDIRMA

Premyer Liqa: mövsümün ilk yarısında ən çox penalti qazanan komandalar - ARAŞDIRMA

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ilk yarısında 23 penalti təyin olunub.

“Report”un araşdırmasına görə, elita klublarının hamısı ən azı bir dəfə də olsa, bundan yararlanıb.

Ən çox 11 metrlik zərbə vurmaq hüququ qazanan komandalar “Araz-Naxçıvan”, “Səbail” və “Sabah” olublar. Hakimlər adı çəkilən klubların hər birinə 4 dəfə qapıçı ilə təkbətək dueldən fərqlənmək imkanı yaradıblar. İlk iki komandanın oyunçuları yüz faizlik nəticə göstəriblərsə, “Sabah”ın 2 zərbəsi qolla yekunlaşmayıb. XIV turda Emmanuel Apeh “Qarabağ”la, XVIII turda isə Anatoli Nuriyev “Qəbələ” ilə görüşdə fərqlənə bilməyiblər. Nəticədə bakılılar hər iki matçda minimal fərqlə məğlub olublar.

Ən çox penalti vuran futbolçular “Araz-Naxçıvan”ın hücumçusu Orxan Əliyev və “Səbail”in forvardı Aleksandr Ramalinqomdur. Onlar üç cəhdin hər birində rəqib qapıçılarını məyus ediblər.

“Kəpəz”dən Mate Kvirkviya, “Zirə”dən Qismət Alıyev, “Qarabağ”dan isə Toral Bayramov iki penalti zərbəsini dəqiq yerinə yetirib.

Geridə qalan 18 turdan 13-də hakimlər 11 metrlik zərbə təyin ediblər. Yalnız III, IX, X, XV və XVI turlarda komandalar bu imkanı əldə edə bilməyiblər.

Penalti qolları:

“Araz-Naxçıvan” – 4
V tur: Orxan Əliyev (“Kəpəz”lə oyun – 2:1)
VI tur: Orxan Əliyev (“Neftçi” ilə oyun – 1:0)
XI tur: Orxan Əliyev (“Qarabağ”la oyun – 2:1)
XVIII tur: İsmail Azzaui (“Turan Tovuz”la oyun - 1:3)

“Səbail” – 4
V tur: Aleksandr Ramalinqom (“Qarabağ”la oyun – 2:1)
VII tur: Pedro Nuno (“Araz-Naxçıvan”la oyun – 1:0)
XII tur: Aleksandr Ramalinqom (“Turan Tovuz”la oyun – 2:1)
XVII tur: Aleksandr Ramalinqom (“Qəbələ” ilə oyun – 3:0)

“Sabah” – 2
VII tur: Boyan Letiç (“Kəpəz”lə oyun – 2:2)
VIII tur: Emmanuel Apeh (“Səbail”lə oyun – 2:2)

“Sumqayıt” – 2
I tur: Erik Sorqa (“Səbail”lə oyun – 4:1)
IV tur: Rövlan Muradov (“Araz-Naxçıvan”la oyun – 1:1)

“Kəpəz” – 2
I tur: Mate Kvirkviya (“Neftçi” ilə oyun – 1:0)
V tur: Mate Kvirkviya (“Araz-Naxçıvan”la oyun – 1:2)

“Zirə” – 2
VII tur: Qismət Alıyev (“Neftçi” ilə oyun – 1:1)
XIII tur: Qismət Alıyev (“Qəbələ” ilə oyun – 1:0)

“Qarabağ” – 2
VIII tur: Toral Bayramov (“Sumqayıt”la oyun – 5:0)
XIV tur: Toral Bayramov (“Sabah”la oyun – 2:1)

“Neftçi” – 1
II tur: Kenni Sayef (“Səbail”lə oyun – 1:1)

“Qəbələ” – 1
VI tur: Osama Xalayla (“Turan Tovuz”la oyun – 2:2)

“Turan Tovuz” – 1
XIII tur: Fərid Nəbiyev (“Sabah”la oyun – 2:3)

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Təki, komandam həmişə belə oynasın"

"Qəbələ"nin baş məşqçisi: "Təki, komandam həmişə belə oynasın"

Futbol
PFL beynəlxalq yayım şirkəti ilə danışıqlara başlayıb

PFL beynəlxalq yayım şirkəti ilə danışıqlara başlayıb

Futbol
"Neftçi"nin legioneri: "Yeni transfer müdafiə xəttimizə çox kömək edəcək"

"Neftçi"nin legioneri: "Yeni transfer müdafiə xəttimizə çox kömək edəcək"

Futbol
Azərbaycanın FIFA referisi Braziliyanın oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Braziliyanın oyununa təyinat alıb

Futbol
"Qarabağ"ın sabiq futbolçusu Rusiya klubuna keçib

"Qarabağ"ın sabiq futbolçusu Rusiya klubuna keçib

Futbol
Azərbaycanın futzal millisinin Yunanıstanla oyununun yeri və saatı bəlli olub

Azərbaycanın futzal millisinin Yunanıstanla oyununun yeri və saatı bəlli olub

Futbol
Qətər dünya çempionatından sonra Asiya Kubokuna da ev sahibliyi edəcək

Qətər dünya çempionatından sonra Asiya Kubokuna da ev sahibliyi edəcək

Futbol
"Turan Tovuz"un kapitanı: "Oyunlara çıxanda bu amilləri kənara qoyuruq"

"Turan Tovuz"un kapitanı: "Oyunlara çıxanda bu amilləri kənara qoyuruq"

Futbol
Neymar məhkəmədə ifadə verib

Neymar məhkəmədə ifadə verib

Futbol
Arda Turan karyerasını başa vurub

Arda Turan karyerasını başa vurub

Futbol
"Qarabağ" qrup mərhələsində ilk oyununu keçirəcək

"Qarabağ" qrup mərhələsində ilk oyununu keçirəcək

Futbol
Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb

Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb