Vüsal İsgəndərli: "Boluspor"la Superliqaya vəsiqə qazanmaq istəyirəm"

Vüsal İsgəndərli: "Boluspor"la Superliqaya vəsiqə qazanmaq istəyirəm"

"Yeni komandamla Superliqaya vəsiqə qazanmaq istəyirəm".

Bunu "Report"a açıqlamasında Türkiyənin "Boluspor" klubuna keçən Vüsal İsgəndərli deyib.

28 yaşlı hücumçu bunu qarşısına hədəf kimi qoyduğunu bildirib: "Oyunçuların, rəhbərliyin də məqsədi ən azı elitaya vəsiqə uğrunda pley-off oynamaq və Superliqaya yüksəlməkdir. Yaxşı kollektivimiz və məşqçimiz var. Düşünürəm ki, buna da nail ola bilərik".

Forvard 1-ci liqa təmsilçisinə keçəndən sonra baş məşqçi Yalçın Koşukavak ilə danışdığını söyləyib: "Onunla söhbətimiz oldu, fərqli möqvelərdə oynadığımı bilir. Hamının start heyətində yeri daimi deyil. Kim çalışsa, ona da şans veriləcəyini dedi. Üzərimdə işləməli və əlimdən gələni etməliyəm. Ölkəmi Türkiyədə də yaxşı təmsil etmək istəyirəm".

Daha əvvəl bu ölkədə “Keçiörəngücü”nün də formasını geyinmiş İsgəndərli çempionatın ona yad olmadığını vurğulayıb: "İlk təcrübəmdə normal və uğursuz çıxış etdiyimi düşünənlər də var. Amma məncə, uğursuz deyildi. 22 matçda 4 qolla yadda qalmışdım, daha yaxşısını edə bilərdim. Bu, ilk dəfə ölkə xaricinə çıxışım idi. İndi komandaya daha çox xeyir vermək niyyətindəyəm".

O, Albaniyanın "Eqnatiya" klubundan "Boluspor"a keçidi barədə də danışıb: "Əslində, uzun period oldu. "Eqnatiya"nın "Partizani" ilə matçını izləmişdilər və orada danışıq gerçəkləşdi. Albaniya klubu ilk olaraq məni buraxmaq istəmirdi, amma öz fikrimi onlara bildirdim. Bəzi şeylər var, onları deyəndə hər kəs bəhanə kimi hiss edir. Amma elə deyil. Əvvəlki klubumda hər matçda meydana çıxırdım, ən çox qol vuran da mən idim. Maaş və maddi sıxıntı olmasa da, problemlər var idi. Ən böyük məsələ dil problemi idi. Hər kəs haqqımda başqa şeylər də yazdı, amma bu, düzgün deyil. Allahın köməyi ilə burada da əlimdən gələni edib, qollar vurmağa davam etmək niyyətindəyəm. Rumıniya klubundan da təklif almışdım. Milli komandaya çağırılmaq üçün daim oynamaq istəyirəm".

Qeyd edək ki, Vüsal İsgəndərli "Boluspor"la 1,5 illik müqavilə imzalayıb.

Futbol
"Qarabağ"ın 42 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb

"Qarabağ"ın 42 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb

Futbol
"Olimpiakos"un futbolçusu "Qarabağ"la oyundan sonra azarkeşləri söyüb

"Olimpiakos"un futbolçusu "Qarabağ"la oyundan sonra azarkeşləri söyüb

Futbol
“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq

“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq

Futbol
İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub

İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub

Futbol
Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq

Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq

Futbol
Pele xəstəxanaya yerləşdirilib

Pele xəstəxanaya yerləşdirilib

Futbol
“Fənərbağça” Türkiyə millisinin futbolçusunu transfer edib

“Fənərbağça” Türkiyə millisinin futbolçusunu transfer edib

Futbol
Qurban Qurbanov: "Rəqib futbolçu penalti olduğunu söylədi"

Qurban Qurbanov: "Rəqib futbolçu penalti olduğunu söylədi"

Futbol
“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

Futbol
Dünyanın ən yaxşı hakimi bəlli olub

Dünyanın ən yaxşı hakimi bəlli olub

Futbol
Vətən müharibəsi qazisinə "Kəpəz"də iş verilib

Vətən müharibəsi qazisinə "Kəpəz"də iş verilib

Futbol
Mahir Emreli: "Qurban Qurbanov bizim dəyərimizdir"

Mahir Emreli: "Qurban Qurbanov bizim dəyərimizdir"