Nicat Abasov: “İddiaçılar Turnirində ən çətin rəqib özüməm”

Nicat Abasov: “İddiaçılar Turnirində ən çətin rəqib özüməm”

“İddiaçılar Turnirində ən çətin rəqib özüməm”.

“QELEBE.AZ”un məlumatına görə, bunu Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçiriləcək İddiaçılar Turniri ilə bağlı Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.

O, bildirib ki, hər bir idmançının ən böyük arzusu dünya çempionu olmaqdır: “Şahmatda dünya çempionluğuna gedən yol İddiaçılar Turnirindən keçir. Bu artıq son mərhələnin bir addımlığında olan mübarizədir. İddiaçılar Turnirində iştirak karyeramın dönüş nöqtəsi və əsas yarışıdır. Gücümü toplayaraq istədiyim oyunu nümayiş etdirsəm, hər partiyada bərabər mübarizə ola bilər”.

28 yaşlı qrossmeyster turnirdəki rəqibləri barədə fikirlərini də bölüşüb: “Yarışda olduqca gənc kollektiv var. Səhv etmirəmsə, yaşa görə beşinciyəm. Məndən cavan üç şahmatçı iştirak edir. Çox gənc heyət mübarizə aparacaq. Heyətdə olduqca iddialı şahmatçılar yer alıb. Gərgin mübarizə olacaq. Fikrimcə, Hindistanın üç şahmatçısının iştirakçı olması xüsusi amildir. Adətən Hindistanı dünya çempionu Vişvanatan Anand təmsil edirdi. İndi isə üç iddiaçıları yarışacaq. Turnirdə təcrübəsi heç olmayan 4 şahmatçı var”.

N.Abasov daha əvvəl İddiaçılar Turnirində mübarizə aparmış komanda yoldaşları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun təcrübəsinin onun çıxışına təsir göstərəcəyinə inanır: “Həm Teymur, həm də Şəhriyarın bu yarışla bağlı böyük təcrübəsi var. Dəfələrlə İddiaçılar Turnirində mübarizə aparıblar. Ötən İddiaçılar Turnirində Teymur Rəcəbovun komandasında yer almışdım, “sekundant”ı olduğum üçün bilavasitə yarışla maraqlanırdım. Prosesin gedişatında iştirak etməklə müəyyən təcrübə qazanmışam. Əlbəttə, iştirakçının fərqli öhdəlikləri var. Şübhəsiz, mənim iştirakımda onların təcrübəsi əvəzsiz rol oynayacaq”.

Şahmatçı Kanadada təşkil olunacaq yarışda uğurlu nəticə göstərmək arzusundadır: “Hazırlıq başlayıb. Yaradılan şəraitə görə Azərbaycan Şahmat Federasiyasına və şəxsən rəhbəri Mahir Məmmədova təşəkkür edirəm. Federasiya dəstəyini əsirgəmir. Yarış üçün əsas məqsədim hazırlıq prosesində əlimdən gələni etməyimdən başlayır. Maksimum yaxşı hazırlaşaraq turnirdə bunun bəhrəsini görmək istəyirəm. Yarışdan sonra geri baxanda elə bir məqam olmasın ki, “kaş ki, fərqli edərdim” düşünüm. Buna görə maksimum dərəcədə hazırlıqlı olaraq mümkün qədər yaxşı nəticə göstərməyi arzulayıram”.

O, sonda azarkeşlərdən dəstək istəyib: “Dünya Kubokunda mənə göstərilən dəstəyə yenidən ehtiyacım var. Tək mən deyil, ölkəmizin bütün şahmatçılarına dəstək vacibdir. Bəzən uğursuzluq olur, amma inamı heç vaxt itirməyin. Hər birimiz uğurlu olmaq üçün çalışırıq. Onların dəstəyi bizə əlavə güc verir”.

Qeyd edək ki, İddiaçılar Turniri aprelin 2-25-i aralığında keçiriləcək.

Fərdi
Fərid Qayıbov Səudiyyə Ərəbistanının idman naziri ilə görüşüb

Fərid Qayıbov Səudiyyə Ərəbistanının idman naziri ilə görüşüb

Fərdi
Premyer Liqada tarixi nailiyyət: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Premyer Liqada tarixi nailiyyət: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Fərdi
Türkiyəli diplomat: “Suqovuşanda yarışların təşkili Azərbaycanın təkcə müharibə meydanında deyil, idmanda da irəliləyişini göstərir”

Türkiyəli diplomat: “Suqovuşanda yarışların təşkili Azərbaycanın təkcə müharibə meydanında deyil, idmanda da irəliləyişini göstərir”

Fərdi
Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Fərdi
Azərbaycan cüdoçusu: "Avropa çempionu olacağıma inanırdım"

Azərbaycan cüdoçusu: "Avropa çempionu olacağıma inanırdım"

Fərdi
Azərbaycan xizəkçisinin yarış zamanı ayağı sınıb

Azərbaycan xizəkçisinin yarış zamanı ayağı sınıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala çıxa bilməyib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala çıxa bilməyib

Fərdi
Boksçuların rinqə bığ və saqqalla çıxmasına icazə verilib

Boksçuların rinqə bığ və saqqalla çıxmasına icazə verilib

Fərdi
Şəhriyar Məmmədyarov: "Şuşadakı turnirin qalibi olmaq üçün əlimdən gələni edəcəyəm"

Şəhriyar Məmmədyarov: "Şuşadakı turnirin qalibi olmaq üçün əlimdən gələni edəcəyəm"

Fərdi
Bakıdakı Dünya Kubokunda ilk finalçı bəlli olub

Bakıdakı Dünya Kubokunda ilk finalçı bəlli olub

Fərdi
Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Fərdi
Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb

Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb