Azərbaycan Boks Federasiyasının ümumi yığıncağı keçirilib, yeni vitse-prezident seçilib

Azərbaycan Boks Federasiyasının ümumi yığıncağı keçirilib, yeni vitse-prezident seçilib

Azərbaycan Boks Federasiyasının (ABF) ümumi yığıncağı keçirilib.

ABF-dən "Report"a verilən məlumata görə, toplantıda gənclər və idman naziri Fərid Qayıbov və ABF-nin prezidenti Sahil Babayev iştirak ediblər.

Sahil Babayev Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan idmanının böyük qələbələrə imza atdığını vurğulayıb. O, boksçularımızın da daim yeni nailiyyətlər əldə etmək, xüsusilə beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmək əzmində olduğunu vurğulayıb, əldə olunan nailiyyətləri diqqətə çatdırıb.

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan boksunun uğurlar seriyasının yüksələn xətlə davam etdiyini vurğulayıb. O, boksumuzun maddi-texniki bazasının möhkəmləndirilməsinin, boks klublarının sayının artmasının, bölgələrdə bu idman növünün geniş yayılması üçün aparılan işlərin önəmini qeyd edib. Paris-2024 Yay Olimpiya Oyunlarında da boksçularımızın parlaq qələbələrə imza atacaqlarına və bu yarışda iştirak üçün lisenziyaların sayının artacağına əminliyini bildirib.

ABF-nin Nizamnaməsi yeni redaksiyada təsdiq edilib. Həmçinin səsvermə əsasında Vasif Sultan oğlu İsmayılov Federasiyanın yeni vitse-prezidenti seçilib. 1972-ci ildə doğulan V.İsmayılov iş adamı kimi və uzun illər diaspora sahəsində fəaliyyət göstərir.

İclasda 2023-cü ilin yekunları, federasiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri, hakimlərin fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib.

Qeyd olunub ki, Azərbaycan boksçuları 2022-ci ildə rəsmi və beynəlxalq yarışlarda 30 qızıl medal qazanıbsa, ötən il 35 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yeniyetmə boksçularımızın uğurları da artıb. Onlar ötən il 7 beynəlxalq yarışda 60 mükafat qazanıblar. Avropa birinciliyinə qatılan məktəbli boksçuların nailiyyətləri də əlavə olunmaqla, medal sayı 64 olub.

Ötən il Azərbaycan boksu üçün uğurlu olub. Boksçularımız rəsmi və beynəlxalq yarışlarda 2022-ci ildə 77 medal qazanıblarsa, 2023-cü ildə bundan 2,3 dəfə çox olmaqla 179 medal əldə ediblər.

Beləliklə, boks üzrə yeniyetmələrdən ibarət yığma 2022-ci illə müqayisədə ötən il 3,3 dəfə çox medal əldə edib. Gənc boksçularımızın medal sayı isə 3,2 dəfə artaraq əvvəlki ilə nisbətən 16-dan 2023-cü ildə 51-ə yüksəlib.

Bu il 100 illik yubileyini qeyd edən Azərbaycan boksu üçün əsas hədəf “Olimpiya qızılına doğru” devizi ilə yollanacağı Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal əldə etməkdir.

İclasda boksumuzun yeni qələbələr əldə etməsi üçün görülən işlər və qarşıda duran hədəflər müzakirə olunub.

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

Fərdi
Tomas Bax: "Rusiya və Belarusa qarşı sanksiyalar davam etməlidir"

Tomas Bax: "Rusiya və Belarusa qarşı sanksiyalar davam etməlidir"

Fərdi
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edib

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edib

Fərdi
Azərbaycanda ilk dəfə: Göygöldə Avropa Kuboku keçiriləcək

Azərbaycanda ilk dəfə: Göygöldə Avropa Kuboku keçiriləcək

Fərdi
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 3-cü qızıl medalı qazanıb

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 3-cü qızıl medalı qazanıb

Fərdi
"Champions Showdown-2022" turniri: Şəhriyar Məmmədyarov 3-cü yeri tutub

"Champions Showdown-2022" turniri: Şəhriyar Məmmədyarov 3-cü yeri tutub

Fərdi
Azərbaycan millisinin baş məşqçisi: “İnsan fiziki zəif olanda yox, psixoloji hazır olmayanda uduzur”

Azərbaycan millisinin baş məşqçisi: “İnsan fiziki zəif olanda yox, psixoloji hazır olmayanda uduzur”

Fərdi
Erməni təxribatı zamanı şəhid olan Cəmil Qurbanzadə ADBTİA-nın tələbəsi imiş

Erməni təxribatı zamanı şəhid olan Cəmil Qurbanzadə ADBTİA-nın tələbəsi imiş

Fərdi
Nazim Sadıqov: "UFC-də çəkimi dəyişmək istəmirəm"

Nazim Sadıqov: "UFC-də çəkimi dəyişmək istəmirəm"

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatını 3 medalla başa vurub

Azərbaycan cüdoçuları dünya çempionatını 3 medalla başa vurub

Fərdi
Zabit Səmədov: "Karyeramı bitirdikdən sonra film sektorunda işimi davam etdirəcəyəm"

Zabit Səmədov: "Karyeramı bitirdikdən sonra film sektorunda işimi davam etdirəcəyəm"

Fərdi
İkiqat olimpiya çempionu: "Azərbaycanda kifayət qədər yaxşı cüdoçular var"

İkiqat olimpiya çempionu: "Azərbaycanda kifayət qədər yaxşı cüdoçular var"