"Qarabağ"ın baş məşqçisi: Futbolçular ikinci hissədə epizodlara ciddi yanaşmadılar

"Qarabağ"ın baş məşqçisi: Futbolçular ikinci hissədə epizodlara ciddi yanaşmadılar

"Oyunçular ikinci hissədə epizodlara ciddi yanaşmalar. Bu yöndə onlara narazılığımı bildirdim".

"QELEBE.AZ"un məlumatına görə, bunları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçından sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis maraqlı oyuna görə oyunçulara təşəkkür edib: "Rəqib də istəkli idi. Matça ciddi yanaşdıq. Futbolçular gərgin mövsüm keçiriblər, yorğunluq da var. Bu qarşılaşmanın yaxşı faydası olacaq. "Neftçi"yə uğurlar arzulayıram".

Təcrübəli baş məşqçi futbolçularla bağlı kluba rəsmi təklif gəlmədiyini xatırladıb: "Bizim bilmədiyimiz məqamlar da var. Futbolçu ilə üzbəüz danışanda da fərqli cavab alıram. Yaxın vaxtlarda bunları aradan qaldıracağıq. Hamısı peşəkar idmançılardır. Qeyri-rəsmi danışıqlar olduğu üçün bəzən özlərini matça verə bilmirlər".

Qurbanov növbəti mövsüm Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanmaq ehtimalı barədə danışıb: "Format dəyişilib. Amma təsnifat mərhələləri eynidir. Qarşımıza qrup hədəfi qoyuruqsa, 8 matçda qalib gəlməliyik. Hər turnirdə maksimumu hədəfləyirik. Futbolçuları sağlam saxlamaq istəyirik və məsuliyyətli olub qarşılaşmalara çıxacağıq".

Futbol
Azərbaycan millisinin qapıçısı: "Səhvlərdən nəticə çıxarmaq lazımdır"

Azərbaycan millisinin qapıçısı: "Səhvlərdən nəticə çıxarmaq lazımdır"

Futbol
DÇ-2022: Mundial iştirakçılarının Azərbaycan Premyer Liqasındakı təmsilçiləri

DÇ-2022: Mundial iştirakçılarının Azərbaycan Premyer Liqasındakı təmsilçiləri

Futbol
Kerjakov "Səbail"in baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirib

Kerjakov "Səbail"in baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirib

Futbol
Gəncədə yeni stadion tikilməsi təklif olunub

Gəncədə yeni stadion tikilməsi təklif olunub

Futbol
Tərlan Əhmədovun "Kəpəz"in baş məşqçisi kimi təqdimatı olub

Tərlan Əhmədovun "Kəpəz"in baş məşqçisi kimi təqdimatı olub

Futbol
"Barselona" və "Ayaks"dan darmadağın, "Liverpul" "Napoli"yə uduzub

"Barselona" və "Ayaks"dan darmadağın, "Liverpul" "Napoli"yə uduzub

Futbol
“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava olub, 7 futbolçu diskvalifikasiya olunub

“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava olub, 7 futbolçu diskvalifikasiya olunub

Futbol
Tərlan Əhmədov: "Artıq yorulmuşuq"

Tərlan Əhmədov: "Artıq yorulmuşuq"

Futbol
Azərbaycan Premyer Liqasında bu gün VIII tura yekun vurulacaq

Azərbaycan Premyer Liqasında bu gün VIII tura yekun vurulacaq

Futbol
Ezcan Alioski: "Azərbaycan millisi ilə oyunda qələbə qazanmaq istəyirik"

Ezcan Alioski: "Azərbaycan millisi ilə oyunda qələbə qazanmaq istəyirik"

Futbol
Aleksey Baqa: "Azərbaycana pul dalınca gəlməmişdim"

Aleksey Baqa: "Azərbaycana pul dalınca gəlməmişdim"

Futbol
Şota Arveladze istefaya göndərilib

Şota Arveladze istefaya göndərilib