ARAF-ın baş katibi: Aydın Əlibəyovun olimpiadada iştirakını nəzərdə tutmuşuq

ARAF-ın baş katibi: Aydın Əlibəyovun olimpiadada iştirakını nəzərdə tutmuşuq

Aydın Əlibəyov ən perspektivli idmançılarımızdan biridir və onun 2028-ci ildə Yay Olimpiya Oyunlarında iştirakını nəzərdə tutmuşuq.

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev Rusiyanın paytaxtı Moskvada atçılığın dresaj növü üzrə keçirilən “Maksima Masters” çempionatında 6 qızıl medal qazanan təmsilçimiz haqqında danışarkən deyib.

ARAF rəsmisi Aydın Əlibəyovun sözügedən yarışda uğurlu çıxış etdiyini vurğulayıb: "Bu nəticə Avrasiya tarixində rekorddur. İndiyədək hansısa idmançı bir turnirdə fərqli kateqoriyalarda bu qədər qızıl medal əldə etməyib. O, həm də bizim dresaj növü üzrə ilk idmançımızdır. Bu, olimpiadanın proqramında yer alan üç növdən biridir. Daha əvvəl konkur növündə iki dəfə Camal Rəhimov Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib. Ümumilikdə üç idmançımız beynəlxalq yarışlarda iştirak edirlər. Aydın Əlibəyov Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır və əsasən Moskvadakı turnirlərdə mübarizə aparır. Aqata və Karina Zəhrabəyova Almaniyada təlimlərə qatılırlar və Avropadakı müxtəlif yarışlarda iştirak edirlər. Onların da 2028-ci ildəki olimpiadaya qatılması üçün hazırlıqlar görəcəyik".

Baş katib Camal Rəhimovun idmançı karyerasını başa vurmadığını söyləyib: "Amma o, artıq Belçikada yaşayır. Bəzi hallarda, çox sıx-sıx olmasa da, turnirlərə qatılır. Federasiyamız onun iştirakı üçün lazım olan sifarişləri göndərir. Camal Rəhimov hazırda millinin tərkibində deyil. Bunun nə ilə bağlı olduğunu özündən soruşsanız, daha yaxşı olar. Çünki biz bilmirik. Bir müddətdir ki, turnirlərdən kənardadır".

Fərdi
Rafiq Hüseynov: “Azərbaycan yığması üçün rəqibin kimliyinin önəmi yoxdur”

Rafiq Hüseynov: “Azərbaycan yığması üçün rəqibin kimliyinin önəmi yoxdur”

Fərdi
Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıb

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıb

Fərdi
Azərbaycan idmançısı məşhur video oyuna daxil edilib

Azərbaycan idmançısı məşhur video oyuna daxil edilib

Fərdi
Azərbaycanın 8 paracüdoçusu Bakıdakı dünya çempionatına buraxılmayıb

Azərbaycanın 8 paracüdoçusu Bakıdakı dünya çempionatına buraxılmayıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə başlayır

Fərdi
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edib

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edib

Fərdi
Boks üzrə Azərbaycan çempionatına yekun vurulub

Boks üzrə Azərbaycan çempionatına yekun vurulub

Fərdi
AGF təmsilçiləri Avropa Gimnastikasının müxtəlif komissiyalarına üzv seçiliblər

AGF təmsilçiləri Avropa Gimnastikasının müxtəlif komissiyalarına üzv seçiliblər

Fərdi
Azərbaycan güləşçisi: "Ağır çəkidəki idmançılar ağrı-acıya dözümlü deyillər"

Azərbaycan güləşçisi: "Ağır çəkidəki idmançılar ağrı-acıya dözümlü deyillər"

Fərdi
Lənkəranda stolüstü tennis yarışı keçirilib

Lənkəranda stolüstü tennis yarışı keçirilib

Fərdi
FIDE reytinqi: Məmmədyarov və Rəcəbov geriləyib, qadın şahmatçılar irəliləyib

FIDE reytinqi: Məmmədyarov və Rəcəbov geriləyib, qadın şahmatçılar irəliləyib

Fərdi
Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb

Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb