AFFA İcraiyyə Komitəsinin üzvü: Komandaların əksəriyyəti Əvəzedicilər Liqasının keçirilməsinin əleyhinədir

AFFA İcraiyyə Komitəsinin üzvü: Komandaların əksəriyyəti Əvəzedicilər Liqasının keçirilməsinin əleyhinədir

Müzakirələr zamanı bəlli oldu ki, klubların əksəriyyəti Əvəzedicilər Liqasının keçirilməsinin əleyhinədir.

Bunu “Report”a AFFA İcraiyyə Komitəsinin üzvü, Klublar Komitəsinin sədri, "Sabah" klubunun prezidenti Maqsud Adıgözəlov deyib.

O, Klublar Komitəsinin sonuncu iclasında Əvəzedicilər Liqası ilə bağlı müzakirələrin detalları barədə danışıb: “Müzakirələr zamanı Premyer Liqa klublarının rəsmilərinin əksəriyyəti əvəzedicilərin çempionatının keçirilməsinin əleyhinə olduqlarını bildirdilər. Şəxsən mənim fikrimcə, bu məsələ ilə bağlı nəyisə dəyişmək üçün hələ çox tezdir. Bunun üzərində ətraflı müzakirə aparmaq, düşünmək lazımdır. Məsələn, Əvəzedicilər Liqası ləğv olunsa, 19 yaşdan 23 yaşa kimi olan futbolçuların harada futbol oynayacaqları üzərində düşünməliyik. Geniş müzakirə edilməli, şərtlər nəzərdən keçirilməlidir. Əvəzedicilərin çempionatı ləğv olunsa, hazırda bu liqada mübarizə aparan komandaların heyətində çıxış edən futbolçuların təcrübə toplaması, inkişaf etmələri üçün I Liqa yaxşı səviyyəyə gətirilməlidir. Hazırkı vəziyyətdə şəxsən mən Əvəzedicilər Liqasının ləğv edilməsinin əleyhinəyəm”.

Komitə rəhbəri yeni mövsümdə legioner limiti, Premyer Liqanın formatının dəyişdirilməsi və klub sayının artırılması barədə müzakirələr haqqında da fikirlərini bildirib: “İclasda həmçinin hakimlik və legioner limitindən də söhbət açıldı. Növbəti mövsümdə Premyer Liqada komanda sayı, klublara ayrılan vəsaitin bölünməsi və ona nəzarət məsələsi müzakirə olundu. Hamı Premyer Liqada komanda sayının artmasını istəyər, ancaq bu, sadəcə, say artımı xatirinə olmamalıdır. Bu istiqamətdə çox suallar var: infrastruktur, reqlament, yayım, hakimlik və s. Qərar verməmişdən əvvəl hərtərəfli təhlil etmək lazımdır. Legioner limiti ilə bağlı məsələyə gəlincə, bu istiqamətdə müxtəlif fikirlər var. Sırf “Sabah”ın mövqeyi baxımından yanaşsaq, "7+4" bizə uyğundur . Bizim yaxşı akademiyamız var, hansı ki, buradan əsas komandamıza gənc oyunçular cəlb olunurlar. Limitlə bağlı digər variantlar geniş müzakirə tələb edir. Hər hansı dəyişiklik olacaqsa, burada şərtlər nəzərə alınmalıdır. Məsələn, 23 yaşdan aşağı yerli futbolçulara şans verən klublara əlavə vəsaitin ayrılması, iştirak ərizəsində ən azı 10 yerli futbolçunun adının qeyd edilməsi və s. Hər hansı təklif verilərkən bunun ayrı-ayrı klubların yox, ümumi Azərbaycan futbolunun xeyrinə olmasına diqqət yetirməliyik. Bununla bağlı da Klublar Komitəsində geniş müzakirə oldu, hər bir klub öz mövqeyini bildirdi".

Futbol
"Turan Tovuz"un kapitanı: "Oyunlara çıxanda bu amilləri kənara qoyuruq"

"Turan Tovuz"un kapitanı: "Oyunlara çıxanda bu amilləri kənara qoyuruq"

Futbol
Vitali Borisov: “Dina”da oynayanda təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək”

Vitali Borisov: “Dina”da oynayanda təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək”

Futbol
Karyerasını bitirdiyini açıqlayan Pike yenidən “Barselona”nın iştirak ərizəsinə salınıb

Karyerasını bitirdiyini açıqlayan Pike yenidən “Barselona”nın iştirak ərizəsinə salınıb

Futbol
Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Futbol
"Qarabağ" Avropada xal itirməyən üç komandadan biridir

"Qarabağ" Avropada xal itirməyən üç komandadan biridir

Futbol
Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Futbol
La Liqa: “Villarreal” “Valensiya”nı məğlub edib

La Liqa: “Villarreal” “Valensiya”nı məğlub edib

Futbol
DÇ-2022: İngiltərə 1/4 finalda Fransa ilə qarşılaşacaq

DÇ-2022: İngiltərə 1/4 finalda Fransa ilə qarşılaşacaq

Futbol
“Qarabağ” və “Sumqayıt”ın kapitanları Premyer Liqada yubiley oyununu keçirib

“Qarabağ” və “Sumqayıt”ın kapitanları Premyer Liqada yubiley oyununu keçirib

Futbol
Antuan Kombuare: "Qarabağ"la oyun finala bərabərdir"

Antuan Kombuare: "Qarabağ"la oyun finala bərabərdir"

Futbol
Azərbaycan millisinin futzalçısı: "Xal itirməyə haqqımız yoxdur"

Azərbaycan millisinin futzalçısı: "Xal itirməyə haqqımız yoxdur"

Futbol
Dmitrios Çantakias: "Olimpiakos" "Qarabağ"la oyunda problemlə üzləşə bilər"

Dmitrios Çantakias: "Olimpiakos" "Qarabağ"la oyunda problemlə üzləşə bilər"