“Sabah”ın koordinatoru: Turnir bizə çox böyük təcrübə qazandırdı

“Sabah”ın koordinatoru: Turnir bizə çox böyük təcrübə qazandırdı

Türkiyədəki turnir bizə çox böyük təcrübə qazandırdı.

Bunu “Report”a açıqlamasında “Sabah” klubunun koordinatoru Təbriz Həsənov deyib.

Mütəxəssis klubun 14 və 15 yaşadək oğlanlardan ibarət komandalarının Türkiyənin Antalya şəhərində keçirilən "Junior World Cup" beynəlxalq turnirində çıxışını dəyərləndirib: “Yarış ilk dəfə keçirilirdi. İki yaş qrupundan ibarət komandamız da orada iştirak etdi. Yaxşı rəqiblər olacağını bildiyimiz üçün biz də qatılmağa razılıq verdik. U-14 komandamız çempion oldu, U-15 isə 4-cü yeri tutdu. Bizim üçün vacib olan çempionluq deyil, turnirdə iştirak etmək, yaxşı komandalara qarşı oynamaq idi”.

T.Həsənov U-15-in turnirdəki ən yaxşı oyununu Argentinanın “River Pleyt” klubuna qarşı keçirdiyini deyib: “U-15 komandamız Almaniyanın “Herta”, Türkiyənin “Başakşəhər” və Rusiya “Kosmos” klubları ilə eyni qrupda idi. İlk oyunda almanlara böyük hesabla məğlub olduq. Onlar çox güclü və sürətli idi. Hesab oyuna görə olmadı. Çünki artıq 5-ci dəqiqədə müdafiəçimizə qırmızı vərəqə göstərildi və qapımıza penalti təyin edildi. Azlıqda oynamaq çətin idi. Lakin digər iki qarşılaşmada qələbə qazandıq. 1/4 finalda Almaniyanın başqa yaxşı bir komandası ilə görüşdük və 1:0 hesablı qələbə qazandıq. Yarımfinalda, demək olar ki, turnirin ən güclülərindən sayılan Argentinanın “River Pleyt” klubu ilə görüşdük. Bu, ən yaxşı oyunumuz oldu. Baxmayaraq ki, 1:3 hesabı ilə məğlub olduq. Üçüncü yer uğrunda Cənubi Afrika Respublikası təmsilçisi ilə oynadıq. Üstün tərəf olsaq da, uduzduq və dördüncü yeri tutduq”.

Klub rəsmisi U-14-ün qrupdan iki heç-heçə və bir qələbə ilə çıxdığını söyləyib: “U-14 komandamız qrupda iki heç-heçə, bir qələbə ilə 1/4 finala adladı. Burada Türkiyə komandasını məğlub etdik. Finalda Antalya komandası ilə qarşılaşdıq. Oyunun əsas vaxtı heç-heçə bitdi. Penaltilər seriyasında qalib gələrək çempion olduq. Təbii, xoş hisslərdir. Əfsuslar olsun ki, bizə adları göstərilən bir sıra komandalar müxtəlif səbəblərdən yarışa qatılmadı. Sevindirici hal odur ki, "Junior World Cup"da çempion olan məşhur komandaların arasında “Sabah”ın da adı var. Bu da qürurvericidir”.

Qeyd edək ki, "Sabah"ın U-15 komandası beynəlxalq turniri 4-cü pillədə başa vurub. Klubun U-14 kollektivi isə çempion olub.

Futbol
Azərbaycan Premyer Liqası: "Sabah" "Turan Tovuz"a qalib gəlib

Azərbaycan Premyer Liqası: "Sabah" "Turan Tovuz"a qalib gəlib

Futbol
"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubuna keçib

"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubuna keçib

Futbol
Abdullah Zubir: "Təklif gələndə "Qarabağ"ı tanımırdım"

Abdullah Zubir: "Təklif gələndə "Qarabağ"ı tanımırdım"

Futbol
"Bakcell Arena" ot örtüyü ilə əlaqədar təmirə bağlanır

"Bakcell Arena" ot örtüyü ilə əlaqədar təmirə bağlanır

Futbol
“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

Futbol
“Şamaxı”nın baş məşqçisi: “Heyəti əcnəbilərlə zəngin olan klublarla bizi eyni tuturlar”

“Şamaxı”nın baş məşqçisi: “Heyəti əcnəbilərlə zəngin olan klublarla bizi eyni tuturlar”

Futbol
“Qarabağ”ın avrokubok oyunlarında VAR sistemindən istifadə olunacaq

“Qarabağ”ın avrokubok oyunlarında VAR sistemindən istifadə olunacaq

Futbol
Azərbaycanın U-19 yığması seçmə mərhələni xalsız başa vurub

Azərbaycanın U-19 yığması seçmə mərhələni xalsız başa vurub

Futbol
"Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

"Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

Futbol
Kolumbiyanın gənc futbolçusu 22 yaşında dünyasını dəyişib

Kolumbiyanın gənc futbolçusu 22 yaşında dünyasını dəyişib

Futbol
"Mançester Siti" gələn yay Messini transfer etmək istəyir

"Mançester Siti" gələn yay Messini transfer etmək istəyir

Futbol
Beş ölkə AVRO-2028-ə birgə ev sahibliyi üçün ərizə təqdim edib

Beş ölkə AVRO-2028-ə birgə ev sahibliyi üçün ərizə təqdim edib