"Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirilib

"Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirilib

Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirilib.

"QELEBE.AZ"un Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, Suqovuşanda təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev, Azərbaycan Voleybol Federasiyasının prezidenti Fərid Xəlilov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov, Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı, digər federasiyaların rəsmiləri, Vətən müharibəsi qaziləri və qonaqlar iştirak ediblər. Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra iştirakçılar tamaşaçılara təqdim olunub.

Fərhad Əliyev çıxışında ölkə rəhbərliyinin idmana qayğısı nəticəsində bütün idman növlərinin inkişaf etdiyini bildirib. Suqovuşanda ikinci yarışın təşkil olunduğunu xatırladan federasiya rəsmisi bütün iştirakçılara uğurlar arzulayıb.

Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı işğaldan azad olunmuş torpaqdan hər kəsi salamlayıb və iki dövlət, bir millət olaraq, burada iştirakdan qürur duyduğunu vurğulayıb.

Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç yarışa dəvət olunduqları üçün Azərbaycana təşəkkürünü bildirib. O, Qarabağdakı quruculuq işlərini görməkdən məmnunluğunu ifadə edib.

Sonda çıxış edən Fərid Qayıbov Gənclər və İdman Nazirliyi adından hər kəsi salamlayıb. Nazir qeyd edib ki, Suqovuşanda ikinci beynəlxalq yarışın keçirilməsi idmanın inkişafı və Qarabağdakı sürətli quruculuq işlərinin nəticəsidir. Reqatanın yüksək səviyyədə təşkil olunduğunu qeyd edən nazir daha sonra yarışı açıq elan edib.

Qeyd edək ki, "Mingəçevir Reqatası"ında Azərbaycanla yanaşı Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Turkiyə, Özbəkistan və Ukrayna komandaları iştirak edirlər.

Komandalar bu gün Suqovuşan su anbarında kayak və kanoe növlərində qalibi müəyyənləşdirəcəklər.

Yarış 22-23 oktyabrda isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar.

Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaqlar.

Fərdi
İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

Fərdi
Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının püşkü atılıb

Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının püşkü atılıb

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinala yüksəlib

Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinala yüksəlib

Fərdi
Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

Fərdi
Elxan Məmmədov: "Millimiz Çexiyada öz sözünü deyəcək"

Elxan Məmmədov: "Millimiz Çexiyada öz sözünü deyəcək"

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası dünya çempionatına dəvət alıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası dünya çempionatına dəvət alıb

Fərdi
Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Fərdi
Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 2 güləşçisi yarımfinala çıxıb

Dünya çempionatı: Azərbaycanın daha 2 güləşçisi yarımfinala çıxıb

Fərdi
"Formula 1": Çin Qran Prisi ləğv olunub

"Formula 1": Çin Qran Prisi ləğv olunub

Fərdi
"Sinkfild Kuboku": Məmmədyarov Aronyanla heç-heçə oynayaraq turniri başa vurub

"Sinkfild Kuboku": Məmmədyarov Aronyanla heç-heçə oynayaraq turniri başa vurub

Fərdi
Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub