AVRO-2024-də A və B qrupunun I turunun oyunlarının hakimləri müəyyənləşib
Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatında A və B qruplarının I turunun görüşlərini idarə edəcək hakimlər müəyyənləşib.
"QELEBE.AZ" xəbər verir ki, ikinci oyun günündə A qrupunun matçları çərçivəsində üz-üzə gələcək Macarıstan və İsveçrə millilərinin görüşünü sloveniyalı Slavko Vinçiç idarə edəcək.
B qrupunun İspaniya - Xorvatiya qarşılaşmasına ingiltərəli Maykl Oliver təyinat alıb.
Eyni qrupun İtaliya - Albaniya matçında isə almaniyalı Feliks Çvayer ədaləti qoruyacaq.
Qeyd edək ki, hər üç matç iyunun 15-i keçiriləcək. Almaniya və Şotlandiya arasında oynanılacaq turnirin açılış matçının hakimləri isə daha əvvəl açıqlanmışdı.

https://qalaba.az//uploads/photo/avro-2024-de-a-ve-b-qrupunun-i-turunun-oyunlarinin-hakimleri-mueyyenleshib.webp











