AVRO-2024: Almaniya qrup lideri, İsveçrə ikinci olub - YENİLƏNİB - 4
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun İsveçrə - Almaniya görüşü başa çatıb.
"QELEBE.AZ" xəbər verir ki, Frankfurtdakı "Valdştadion"da keçirilən matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Qarşılaşmada hesabı 28-ci dəqiqədə isveçrəlilərdən Dan Ndoye açıb. Meydan sahibləri 90+2-ci dəqiqədə Niklas Fullkruqla "status kvo"nu bərpa edib.
Bu nəticənin ardından A qrupundakı xallarının sayını 7-yə çatıdran Almaniya birinci, xal ehtiyatını 5-ə çatdıran İsveçrə isə ikinci olub. Hər iki komanda AVRO-2024-ün 1/8 finalına yüksəlib.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun İsveçrə - Almaniya görüşündə ikinci hissə start götürüb.
"QELEBE.AZ" xəbər verir ki, isveçrəlilər Dan Ndoyenin qolu ilə hesabda 1:0 öndədirlər.
Qeyd edək ki, qarşılaşmanı italiyalı baş hakim Daniele Orsato idarə edir.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun İsveçrə - Almaniya görüşündə birinci hissə başa çatıb.
"QELEBE.AZ" xəbər verir ki, isveçrəlilər fasiləyə Dan Ndoyenin qolu ilə 1:0 öndə yollanıblar.
Qeyd edək ki, qarşılaşmanı italiyalı baş hakim Daniele Orsato idarə edir.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun İsveçrə - Almaniya görüşündə hesab açılıb.
"QELEBE.AZ" xəbər verir ki, 28-ci dəqiqədə Dan Ndoye isveçrəliləri hesabda önə keçirib.
Qeyd edək ki, qarşılaşmanı italiyalı baş hakim Daniele Orsato idarə edir.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun İsveçrə - Almaniya görüşü start götürüb.
"QELEBE.AZ" xəbər verir ki, A qrupunun oyunu Frankfurtdakı "Valdştadion"da keçirilir.
Qeyd edək ki, qarşılaşmanı italiyalı baş hakim Daniele Orsato idarə edir.

https://qalaba.az//uploads/photo/avro-2024-almaniya-qrup-lideri-isvechre-ikinci-olub-yenilenib-4.webp













