Yeniyetmə stolüstü tennisçilər arasında Bakı şəhər turniri keçirilib

Yeniyetmə stolüstü tennisçilər arasında Bakı şəhər turniri keçirilib

Bakı Şəhər Gənclər və İdman İdarəsi, “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 4-də yeniyetmələr arasında stolüstü tennis idman növü üzrə Bakı şəhər turniri keçirilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından "Report"a verilən məlumata görə, “Şüa” İdman-Sağlamlıq Kompleksində təşkil olunan yarışda, ümummillikdə 48 nəfər həvəskar idmançı bacarığını göstərib.

Beynəlxalq dərəcəli və respublika səviyyəli hakimlərin idarə etdiyi turnirdə oğlanlar arasında Ziya Mürşüdlü birinci, Səid Süleymanzadə ikinci, İsmayıl Məmmədovla Musa İsmayılov üçüncü yeri tutub.

Qızların mübarizəsində Aynur Ağayeva qalib gəlib. Leyli Məmmədova ikinci, Mələk Əhmədzadə ilə Sürəyya Quluzadə üçüncü olub.
Turnir bağlanış tədbiri və mükafatlandırma ilə başa çatıb, qaliblərə diplom və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana olan marağın artırılması, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkilinə dəstək verilməsi idi.

Fərdi
Azərbaycanın veteran cüdoçusu 10-cu dəfə dünya çempionu olub

Azərbaycanın veteran cüdoçusu 10-cu dəfə dünya çempionu olub

Fərdi
Ukraynanı təmsil edən azərbaycanlı karateçi: "Bakıda xeyli dəstək gördüm"

Ukraynanı təmsil edən azərbaycanlı karateçi: "Bakıda xeyli dəstək gördüm"

Fərdi
Azərbaycan para-pauerliftinqçisi Tbilisidə bürünc medal qazanıb

Azərbaycan para-pauerliftinqçisi Tbilisidə bürünc medal qazanıb

Fərdi
Bədii gimnastlarımız “The Fairy Korea” beynəlxalq turnirində uğurla çıxış ediblər

Bədii gimnastlarımız “The Fairy Korea” beynəlxalq turnirində uğurla çıxış ediblər

Fərdi
Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Fərdi
Fərid Qayıbov: "İnsanların sağlamlığı üçün bu cür yarışları davam etdirəcəyik"

Fərid Qayıbov: "İnsanların sağlamlığı üçün bu cür yarışları davam etdirəcəyik"

Fərdi
Zəngilanda "Zəfər Yürüşü" turnirində duatlon yarışının qalibi bəlli olub

Zəngilanda "Zəfər Yürüşü" turnirində duatlon yarışının qalibi bəlli olub

Fərdi
"Mingəçevir Reqatası": İkinci günün qalibləri müəyyənləşib

"Mingəçevir Reqatası": İkinci günün qalibləri müəyyənləşib

Fərdi
Şamaxıda badminton üzrə layihə həyata keçirilib

Şamaxıda badminton üzrə layihə həyata keçirilib

Fərdi
Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Fərdi
Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə 3 vəsiqə verəcək

Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə 3 vəsiqə verəcək

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək