Avarçəkmə üzrə dünya və Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Avarçəkmə üzrə dünya və Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Qarşıdakı illərdə sahil avarçəkməsi üzrə dünya və ya Avropa çempionatı Bakıda təşkil oluna bilər.

"QELEBE.AZ"un məlumatına görə, məsələ ilə əlaqədar Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) rəhbəri Vüqar Əhmədov ilə Beynəlxalq Avarçəkmə Federasiyasının (FISA) prezidenti Jan Kristof Rolland arasında İsveçrənin Lozanna şəhərində keçirilmiş görüşdə fikir mübadiləsi aparılıb. Tərəflər bu istiqamətdə işlərin davam etdirilməsinə dair razılığa gəliblər.

FISA-nın mənzil-qərargahında baş tutan görüşdə Azərbaycanda avarçəkmənin tarixi, inkişaf mərhələsi, bu günü və gələcək planları haqqında məlumat verilib.

Bildirilib ki, hələ ötən əsrin ortalarında ümumilli lider Heydər Əliyevin ilk hakimiyyəti dönəmində Azərbaycanda 11 müstəqil avarçəkmə klubu fəaliyyət göstərib. O vaxtlar təşkil edilmiş “Mingəçevir Reqatası”nda nəinki Sovetlər Birliyi, eləcə də Avropanın bir çox ölkələrinin idmançıları iştirak edib. 1964-cü ildə istifadəyə verilən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçmiş SSRİ ölkələri ilə yanaşı, əvvəlki Yuqoslaviya, Bolqarıstan, hətta Kuba komandaları da təlim-məşq keçib.

Vüqar Əhmədov dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana və idmançılara böyük diqqət ayırdığını söyləyib: "İlham Əliyevin müvafiq tapşırıqları əsasında “Kür” Olimpiya Tədris-İdman Mərkəzi 2010-cu ildə əsaslı təmir edilib. Hazırda bütün beynəlxalq standartlara tam cavab verən “Kür”də Bakı-2015 I Avropa Oyunlarının kayak və kanoe yarışları yüksək səviyyədə təşkil olunub".

Görüş zamanı Azərbaycan idmançılarının beynəlxalq reqatalar – Avropa və dünya çempionatları, həmçinin Yay Olimpiya Oyunlarında çoxsaylı mükafatlar qazanması FISA prezidentinin diqqətinə çatdırılıb. Cari ilin mayında Suqovuşan su anbarında və Mingəçevirdə təşkil olunmuş kayak-kanoe və akademik avarçəkmə üzrə Beynəlxalq Prezident Kuboku reqatası ilə bağlı videoçarx Rollanda nümayiş etdirilib. Qeyd olunub ki, Azərbaycanda avarçəkməni daha da inkişaf etdirmək üçün yeni su hövzələrinə baxış keçirilir və müvafiq infrastrukturun yaradılması üçün işlər görülür.

Görüş zamanı qarşılıqlı əlaqələrin gələcək inkişafı, beynəlxalq qurum rəhbərinin Azərbaycana səfərinin təşkili müzakirə olunub.

FISA prezidenti görülən işləri yüksək qiymətləndirib və AKAF-a hər zaman dəstək verməyə hazır olduqlarını deyərək, federasiyaya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Fərdi
Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Fərdi
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Fərdi
Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

Fərdi
Fərid Qayıbov Bakı Şəhər Halqasın çağırışına qoşulub, işə piyada gedib

Fərid Qayıbov Bakı Şəhər Halqasın çağırışına qoşulub, işə piyada gedib

Fərdi
Gələn il Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində idman yarışları və beynəlxalq turnirlər təşkil ediləcək

Gələn il Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində idman yarışları və beynəlxalq turnirlər təşkil ediləcək

Fərdi
Bakıdakı dünya çempionatında yenilik tətbiq olunacaq

Bakıdakı dünya çempionatında yenilik tətbiq olunacaq

Fərdi
Avropa çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib

Avropa çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib

Fərdi
Paris-2024: UWW təsnifat sistemi ilə bağlı dəyişiklikləri təsdiqləyib

Paris-2024: UWW təsnifat sistemi ilə bağlı dəyişiklikləri təsdiqləyib

Fərdi
Kolumbiyalı boksçu rinqdə aldığı xəsarətlərə görə dünyasını dəyişib

Kolumbiyalı boksçu rinqdə aldığı xəsarətlərə görə dünyasını dəyişib

Fərdi
Dünya çempionatı: Azərbaycan təmsilçiləri heç-heçə ediblər

Dünya çempionatı: Azərbaycan təmsilçiləri heç-heçə ediblər

Fərdi
Azərbaycanı olimpiadada təmsil etmiş fiqurlu konkisürən karyerasını bitirib

Azərbaycanı olimpiadada təmsil etmiş fiqurlu konkisürən karyerasını bitirib

Fərdi
Dünya çempionatı: Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycan taekvondoçusu mübarizəyə başlayır