AGF-nin vitse-prezidenti Paris-2024-də iştirak edəcək idmançılarla görüşüb
Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov Fransanın paytaxtı Parisdə təşkil olunacaq Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılar və nümayəndə heyəti ilə görüşüb.
"QELEBE.AZ" xəbər verir ki, bu barədə AGF-nin mətbuat xidməti məlumat yayıb.
Federasiya rəsmisi gimnastların Paris-2024 Olimpiadasına hazırlığı ilə maraqlanıb, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı 15 idman növü üzrə 17 proqramda Azərbaycanı təmsil edəcək.

https://qalaba.az//uploads/photo/agf-nin-vitse-prezidenti-paris-2024-de-ishtirak-edecek-idmanchilarla-gorushub.webp











