Eldəniz Əzizli: "Kapitan kimi üzərimə böyük iş düşürdü"

Eldəniz Əzizli: "Kapitan kimi üzərimə böyük iş düşürdü"

"Komanda yarışında start böyük önəm daşıyır. Yığmaya ən çox medal verən idmançıyam. Kapitan kimi üzərimə böyük iş düşürdü. Döyüşü yaxşı keçirməliydim ki, yoldaşlarım da mənə layiq şəkildə güləşsinlər".

"QELEBE.AZ"un məlumatına görə, bunu Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Bakıda keçirilən Dünya Kubokunda macarıstanlı gürcüstanlı Nuqzari Tsurtsumiaya 9:0 hesabı ilə qalib gəldiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

Rəqibin dünya çempionu və reytinqdən özündən sonra ikinci yerdə olduğunu xatırladan idmançı aralarında ciddi xal fərqinin olmadığını bildirib: "Doqquzuncu dəfə ona qalib gəldim. Finala çıxdıq. Bundan sonra çempion olmaq lazımdır. Gənclərlə danışanda onları həvəsləndiririk, deyirik ki, bu şans bir də əlimizə düşməyəcək. Gənclərin nə vaxtsa belə imkanı ola bilər. Rafiq Hüseynov, Taleh Məmmədov və mənim kimi idmançılar üçün bu, son şansdır ki, Bakıda Dünya Kubokunu qazanaq".

O, finalda Türkiyə yığmasını gözlədiklərini söyləyib: "Amma nəzərə almaq lazımdır ki, "ay-ulduzlular" buraya yorğun gəlib. Onlarda bizdəki qədər məsuliyyət yoxdur. Çünki Dünya Kuboku Türkiyədə keçirilmir. Bizim üçün isə ikiqat məsuliyyətdir. Özümüzü yaxşı hiss ediriksə, rəqibin fərqi yoxdur. Psixoloji cəhətdən hazır olmaq lazımdır".

Fərdi
"Formula 1" komandası çinli pilotun müqaviləsini uzadıb

"Formula 1" komandası çinli pilotun müqaviləsini uzadıb

Fərdi
Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Fərdi
MOK rəsmisi: "Azad edilmiş ərazilərdə mütləq idman infrastrukturu da olacaq"

MOK rəsmisi: "Azad edilmiş ərazilərdə mütləq idman infrastrukturu da olacaq"

Fərdi
Rafael Ağayev "Karate Combat"da titul görüşünə çıxacaq

Rafael Ağayev "Karate Combat"da titul görüşünə çıxacaq

Fərdi
Nazim Sadıqov: "UFC-də nokautlarla müqaviləmin müddətini uzadacağam"

Nazim Sadıqov: "UFC-də nokautlarla müqaviləmin müddətini uzadacağam"

Fərdi
Azərbaycan güləşçisi: "Zədə mənə problem yaradırdı"

Azərbaycan güləşçisi: "Zədə mənə problem yaradırdı"

Fərdi
Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirilib

Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirilib

Fərdi
Fərid Qayıbov Zəngilanda idmançılarla yarışıb: "Mənim üçün çox çətin idi"

Fərid Qayıbov Zəngilanda idmançılarla yarışıb: "Mənim üçün çox çətin idi"

Fərdi
İranlı mütəxəssis yenidən Azərbaycanın taekvondo millisinə rəhbərlik edəcək

İranlı mütəxəssis yenidən Azərbaycanın taekvondo millisinə rəhbərlik edəcək

Fərdi
Qış Olimpiya Oyunlarını izləyənlərin sayı açıqlanıb

Qış Olimpiya Oyunlarını izləyənlərin sayı açıqlanıb

Fərdi
Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Fərdi
Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub

Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub