Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"

Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"

Çox keyfiyyətli komandaya qarşı oynayacağıq.

"QELEBE.AZ" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda Bakıda "Lion"la (Fransa) oyundan əvvəl keçirilən mətbuat konfransında bildirib.

52 yaşlı mütəxəssis komandanın sabahkı görüşə hazırlığını dəyərləndirib:

"Vacib oyundur, pis hazırlaşmamışıq. Çox istəyirik ki, azarkeşlərimizi sevindirək və uğurlu çıxış edək. Rəqibin heyətinə baxmışıq. Özümüzlə bağlı müəyyən sual doğuran məsələlər var. Böhran oldu-olmadı, istənilən komandaya qarşı hazırlaşırıq. Bu cür klubların maliyyə böhranının yoluna qoyulmasında problem görmürəm. Böyük klublarda da böhran olur. Məncə, belə fikirlərdən uzaq olmaq lazımdır".

O, mümkün qədər diqqətli olmağın vacibliyini vurğulayıb:

"Hər komandanın üstün cəhətləri var. Bəzi detallar baxımından belə rəqiblərə qarşı diqqətli olmalıyıq. Hücum planımızda əlavə fikirlər ola bilər. Bu, oyunun gedişatından asılı olacaq. Bir rəqib haqqında çox məlumat verməyi xoşlamıram. Ən böyük gücümüz kollektiv oyuna üstünlük verməkdir. "Lion" bizdən üstün görünür, daha böyük klubdur. Amma bizim də Avropada böyük təcrübəmiz var. Bundan istifadə etməyə çalışacağıq".

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.

Futbol
Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq

Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq

Futbol
İtaliya yığmasının sabiq futbolçusu 58 yaşında vəfat edib

İtaliya yığmasının sabiq futbolçusu 58 yaşında vəfat edib

Futbol
Yevlaxda qəzaya düşən hakim-inspektorun son durumu açıqlanıb

Yevlaxda qəzaya düşən hakim-inspektorun son durumu açıqlanıb

Futbol
Qurban Qurbanov: "Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik"

Qurban Qurbanov: "Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik"

Futbol
TFF “Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib

TFF “Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib

Futbol
"Arsenal" Premyer Liqada rekorda imza atıb

"Arsenal" Premyer Liqada rekorda imza atıb

Futbol
"Real Madrid" iki futbolçusu ilə yollarını ayıracaq

"Real Madrid" iki futbolçusu ilə yollarını ayıracaq

Futbol
Klublararası dünya çempionatının yeni formatla keçiriləcəyi təsdiqlənib

Klublararası dünya çempionatının yeni formatla keçiriləcəyi təsdiqlənib

Futbol
İbrahima Vadji: "Sent-Etyen"ə qoşulduğum üçün çox xoşbəxtəm"

İbrahima Vadji: "Sent-Etyen"ə qoşulduğum üçün çox xoşbəxtəm"

Futbol
"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer edib

"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer edib

Futbol
İtaliyalı baş məşqçi “Qəbələ” ilə oyunu dəyərləndirib

İtaliyalı baş məşqçi “Qəbələ” ilə oyunu dəyərləndirib

Futbol
Azərbaycanın U-21 yığması Moldova ilə heç-heçə edib

Azərbaycanın U-21 yığması Moldova ilə heç-heçə edib