Azərbaycan millisinin sabiq futzalçısı: “5-10 il əvvəl İsveçi gəzə-gəzə udurduq”

Azərbaycan millisinin sabiq futzalçısı: “5-10 il əvvəl İsveçi gəzə-gəzə udurduq”

5-10 il əvvəl İsveçi gəzə-gəzə udurduqsa, bu gün onlar bizim üçün yaxşı komanda sayılır.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan millisinin sabiq futzalçısı Rəcəb Fərəczadə AVRO-2026-nın əsas mərhələsində keçirilən İsveçlə oyunu dəyərləndirərkən deyib.

43 yaşlı mütəxəssis rəqibdən heç də yaxşı olmadığımızı vurğulayıb:

“Reallıq budur ki, İsveç yığmasından heç də yaxşı deyilik. 5-10 il əvvəl İsveçi gəzə-gəzə udurduqsa, bu gün onlar bizim üçün yaxşı komanda sayılır. Yığmada yaş baxımından balans yoxdur. Çox gənc və yaşlı futzalçılar var. 30-32 yaş aralığında olanlar yoxdur. Düşünürəm ki, bir neçə il də birlikdə oynasalar və əlavə uşaqlar cəlb edilsə, yaxşı komanda formalaşar. İndiki vəziyyətdə isə pley-offa çıxsaq, sevinməliyik”.

O, baş məşqçi Vitali Borisovun üstünlük verdiyi taktika haqqında da fikirlərini bildirib:

“Vitali çox savadlı, ağıllı məşqçidir. İsveçin baş məşqçisi hesabda geridə olduqları üçün matç ərzində 5 oyunçulu sistemə keçirdi. İlk görüşdə Yunanıstana uduzduqlarına görə bizdən xal almağa çalışırdılar. Son şansları idi. Biz isə hesabda öndə idik və rəqibi əks-hücumda yaxalamaq istəyirdik. Bu alınmadığı üçün Vitali taktikanı dəyişdi. Baş məşqçi risk etdi, yaxşı ki, oyunun bitməsinə 2 saniyə qalmış qol vurdular. Belə vəziyyətlərdə oyunçuların keyfiyyəti əsas rol oynayır. Ümumilikdə ən sevindirici hal odur ki, yığma azərbaycanlı futbolçulardan təşkil olunub. Sadəcə, səbr etmək və hər birinə şans vermək lazımdır”.

R.Fərəczadə yığmada keyfiyyətli oyunçuların olmamasını qabardıb:

“Ən çox çatışmayan cəhət keyfiyyətli oyunçuların olmamasıdır. Düzdür, uşaqlar qaçır, can qoyurlar. Bu baxımdan sıxıntı yoxdur. Amma məsələn, rəqib təzyiq edəndə rahat top saxlaya biləcək keyfiyyətdə oyunçular yoxdur. İsveç bir az pressinq tətbiq edən kimi topu irəli vururdular və ya itirirdilər. Vitali Borisov, demək olar ki, bizim 2010-2012-ci illərdə oynadığımız taktikaya üstünlük verirdi. Ciddi fərq görünmürdü. Halbuki həmin vaxtlarda biz təzyiq altından rahat çıxa bilirdik. Məşqçi lövhədə çox şeylər göstərə bilər. Ancaq onları icra edənlər olmalıdır. Uşaqları da qınamaq olmur, çünki təcrübələri yoxdur. Sağ olsunlar ki, sona qədər mübarizə aparıb, bərabərlik qolunu vurdular”.

Keçmiş futzalçı yığmanın qrupdan çıxmaq şanslarına da toxunub:

“Xorvatiya millisini, ümumiyyətlə, müzakirə etmək lazım deyil. Fors-major hal baş verməsə, qrupda 99 faiz birinci olacaqlar. İsveç üzərində qələbə qazanmalı idik. Buna baxmayaraq, pley-off şanslarımız qalıb. Bildiyimə görə, yığma yanvarın 31-də Xorvatiya, üç gün sonra Yunanıstanla oynayacaq. Yunanıstanla oyun həlledici olacaq. Səfərdəki oyundan üç gün sonra Bakıda meydana çıxmalıdırlar. Yorğunluq olacaq. Bundan əlavə səfərdə Xorvatiya ilə oyunda elə taktikadan istifadə etməlidirlər ki, çox güc itirməsinlər və Bakıda Yunanıstandan xal ala bilək. Çətin olacaq, vaxt və futzalçılara təcrübə lazımdır”.

Qeyd edək ki, ötən gün Bakı İdman Sarayında baş tutan Azərbaycan - İsveç görüşü 3:3 hesabı ilə yekunlaşıb.

Futbol
Avropa Liqası: Daha 4 komanda pley-offa vəsiqə qazanıb

Avropa Liqası: Daha 4 komanda pley-offa vəsiqə qazanıb

Futbol
"Qarabağ" millinin qapıçısı ilə müqaviləni yeniləyib

"Qarabağ" millinin qapıçısı ilə müqaviləni yeniləyib

Futbol
Tanınmış futbolçu supermarketdə işləyə bilər

Tanınmış futbolçu supermarketdə işləyə bilər

Futbol
Azarkeşin ürəyi tutub, “Barselona”nın oyunu dayandırılıb

Azarkeşin ürəyi tutub, “Barselona”nın oyunu dayandırılıb

Futbol
Laurentsiu Regekampf: "Neftçi"dən ayrılmağı düşünmürəm"

Laurentsiu Regekampf: "Neftçi"dən ayrılmağı düşünmürəm"

Futbol
Belarus yığmasının sabiq qapıçısı aksiyalarda iştiraka görə saxlanılıb

Belarus yığmasının sabiq qapıçısı aksiyalarda iştiraka görə saxlanılıb

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Futbol
Arsen Venger Azərbaycan millisinin qrupunu dəyərləndirib

Arsen Venger Azərbaycan millisinin qrupunu dəyərləndirib

Futbol
"Qarabağ"ın 42 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb

"Qarabağ"ın 42 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb

Futbol
“Lans” Fransa çempionatının turnir cədvəlində birinci yerə yüksəlib

“Lans” Fransa çempionatının turnir cədvəlində birinci yerə yüksəlib

Futbol
Çempionlar Liqası: Daha 3 komanda 1/8 finala vəsiqə qazanıb

Çempionlar Liqası: Daha 3 komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
Antalya toplanışı: "Sabah" və "Səbail"dən heç-heçə, "Sumqayıt" qələbə qazanıb

Antalya toplanışı: "Sabah" və "Səbail"dən heç-heçə, "Sumqayıt" qələbə qazanıb