"Şamaxı"nın hücumçusu: "Qarabağ"a vurduğum qol zamanı oyundankənar vəziyyət yox idi"

"Şamaxı"nın hücumçusu: "Qarabağ"a vurduğum qol zamanı oyundankənar vəziyyət yox idi"

"Qarabağ"a vurduğum qol zamanı oyundankənar vəziyyət yox idi.

Bunu "Report"a açıqlamasında "Şamaxı"nın futbolçusu Edqar Adilxanov deyib.

Son vaxtlar öz oyunu ilə diqqətləri üzərinə çəkən 19 yaşlı hücumçu Misli Premyer Liqasının III turundan təxirə salınan görüşdə "Qarabağ"a vurduğu qolun sayılmamasına münasibət bildirib:

"Fikrimcə, həmin epizodda təmiz qol vurmuşdum. Qarşılaşmadan sonra bildirdilər ki, 6 sm fərqlə ofsaydda olmuşam. Mənim üçün çox maraqlı idi ki, həmin epizodu necə ölçmüşdülər. Artıq görüş arxada qalıb. Həmin epizodla bağlı çox danışmaq istəmirəm".

Gənc futbolçu "Şamaxı"nın mövsümün ilk yarısını 7-ci pillədə başa vurmasını şərh edib:

"Ümumiyyətlə, cari mövsümün əvvəlindən Premyer Liqada qalmağı düşünürdük. Bu səbəbdən yeddinci pilləni yaxşı nəticə hesab edirəm. Lakin kifayətlənmək niyyətində deyilik, "Şamaxı" daha yuxarı pillələr uğrunda mübarizə aparmalıdır. İnşallah, cari mövsümün sonunda daha yuxarı pillələrdə olacağımıza inanıram".

O, cari mövsüm debüt etdiyi Premyer Liqada özünü ən yaxşı tərəfdən göstərmək istədiyini söyləyib:

"Çalışıram ki, komandama maksimum dərəcədə xeyir verim. Baş məşqçimiz Ayxan Abbasovun verdiyi şansdan maksimum yararlanmaq istəyirəm. Fikrimcə, heç də pis alınmır. Amma daha yaxşı ola biləcəyini düşünürəm. Təbii ki, öz üzərimdə çox çalışmalıyam. Ən böyük arzularımdan biri Azərbaycan millisinin şərəfini qorumaqdır".

Qeyd edək ki, 17 xal toplayan "Şamaxı" qış fasiləsinə yeddinci sırada yollanıb.

Futbol
Rusiya millisinin baş məşqçisi ilə müqavilə uzadılıb

Rusiya millisinin baş məşqçisi ilə müqavilə uzadılıb

Futbol
A Seriyası: "Yuventus" "Bolonya"nı məğlub edib

A Seriyası: "Yuventus" "Bolonya"nı məğlub edib

Futbol
DÇ-2022: Brazilya Serbiyanı məğlub edib

DÇ-2022: Brazilya Serbiyanı məğlub edib

Futbol
"Sumqayıt"ın sabiq baş məşqçisi Belarus yığmasına rəhbərlik edə bilər

"Sumqayıt"ın sabiq baş məşqçisi Belarus yığmasına rəhbərlik edə bilər

Futbol
Canni de Byazi iki futbolçudan imtina edib

Canni de Byazi iki futbolçudan imtina edib

Futbol
DÇ-2022: Kanada və Mərakeş millilərinin ilk “11-lik”ləri bəlli olub

DÇ-2022: Kanada və Mərakeş millilərinin ilk “11-lik”ləri bəlli olub

Futbol
"Qarabağ"ın rəqibi aşağı liqa klubuna uduzaraq Almaniya Kuboku ilə vidalaşıb

"Qarabağ"ın rəqibi aşağı liqa klubuna uduzaraq Almaniya Kuboku ilə vidalaşıb

Futbol
"Qarabağ"ın sabiq rəqibi baş məşqçisini istefaya göndərib

"Qarabağ"ın sabiq rəqibi baş məşqçisini istefaya göndərib

Futbol
UEFA yeni turnir yaradır

UEFA yeni turnir yaradır

Futbol
"Kəpəz" "Neftçi" ilə oyunda anlamlı jest edib

"Kəpəz" "Neftçi" ilə oyunda anlamlı jest edib

Futbol
“Yuventus” avrokuboklardan uzaqlaşdırıla bilər

“Yuventus” avrokuboklardan uzaqlaşdırıla bilər

Futbol
Qurban Qurbanov: "Bu gün fikir bildirmək asan deyil"

Qurban Qurbanov: "Bu gün fikir bildirmək asan deyil"