La Liqa "Barselona"nın iki futbolçusuna lisenziya verməyib
İspaniyanın “Barselona” klubunun iki futbolçusu - Dani Olmo və Pau Viktora La Liqa tərəfindən lisenziya verilməyib.
"QELEBE.AZ" xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.
Kataloniyalılar yanvarın 3-də maliyyə tələblərini yerinə yetirsələr də, futbolçuları qeydiyyata alınmayıb.
İspaniya Kral Futbol Federasiyasının qaydalarına əsasən mövsümün gedişində lisenziyası ləğv edilən oyunçu həmin mövsümdə eyni komandada yenidən lisenziya əldə edə bilməz.

https://qalaba.az//uploads/photo/la-liqa-barselonanin-iki-futbolchusuna-lisenziya-vermeyib.webp











