“Sumqayıt” Futbol Klubu sponsorluq müqaviləsi imzalayıb

“Sumqayıt” Futbol Klubu sponsorluq müqaviləsi imzalayıb

“Sumqayıt” Futbol Klubu ilə “SOCAR Polymer” MMC arasında sponsorluq müqaviləsi imzalanıb.

Gənclik şəhəri təmsilçisinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun mətbuat zalında təşkil olunan imza mərasimində hər iki qurumun rəhbərliyi, əməkdaşları, həmçinin digər tərəfdaş şirkətlərin nümayəndələri iştirak ediblər.

Əvvəlcə çıxış edən “Sumqayıt”ın prezidenti Riad Rəfiyev əməkdaşlığın önəmindən bəhs edib. O bildirib ki, son zamanlar bütün dünyada geniş vüsət alan iri şirkətlərin idmana investisiya etmə tendensiyasının Azərbaycanda da yayılması ölkə futboluna böyük töhfə verəcək.

R.Rəfiyev həmçinin qeyd edib ki, bu əməkdaşlıq hər iki quruma gələcəkdə inkişaf yolunda böyük təkan olacaq.

Daha sonra “SOCAR Polymer” MMC-nin baş direktoru Fuad Əhmədov çıxış edib. O da öz növbəsində bu əməkdaşlıqdan məmnun olduqlarını, həm Sumqayıt şəhərinin idman həyatına, həm də ölkə futboluna daim dəstək olacaqlarını vurğulayıb. F.Əhmədov bu yöndə fəaliyyətlərini gələcəkdə də davam etdirəcəklərini söyləyib.

Daha sonra iki qurumun rəhbərliyi arasında rəsmi əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi olub. Razılaşmaya əsasən, “Sumqayıt”ın təlim-məşq bazası bundan sonra “SOCAR Polymer Arena” adlanacaq. Həmçinin həm bazada, həm də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “SOCAR Polymer” brendinin bannerləri və reklam lövhələri yerləşdiriləcək.

Bundan əlavə, klubun rəsmi oyun formalarında “SOCAR Polymer” şirkətinin loqosu həkk olunacaq.

Futbol
"Olimpiakos" öz yetirməsi ilə müqavilə imzalayıb

"Olimpiakos" öz yetirməsi ilə müqavilə imzalayıb

Futbol
"Neftçi" böyük hesablı qələbə qazanaraq liderlərlə xalları eyniləşdirib

"Neftçi" böyük hesablı qələbə qazanaraq liderlərlə xalları eyniləşdirib

Futbol
İlin ən yaxşı qadın futbolçusu açıqlanıb

İlin ən yaxşı qadın futbolçusu açıqlanıb

Futbol
DÇ-2022: Argentina və Polşa 1/8 finala yüksəlib

DÇ-2022: Argentina və Polşa 1/8 finala yüksəlib

Futbol
Karyerasını bitirdiyini açıqlayan Pike yenidən “Barselona”nın iştirak ərizəsinə salınıb

Karyerasını bitirdiyini açıqlayan Pike yenidən “Barselona”nın iştirak ərizəsinə salınıb

Futbol
Canni De Byazi: "Bakıda da futbol əsas problem olmasa, Tanrı kimi yaşayarsan"

Canni De Byazi: "Bakıda da futbol əsas problem olmasa, Tanrı kimi yaşayarsan"

Futbol
Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Futbol
Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib

Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib

Futbol
Azərbaycan millisinin futbolçusu əməliyyat olunub

Azərbaycan millisinin futbolçusu əməliyyat olunub

Futbol
Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından gedib

Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından gedib

Futbol
"Kəpəz"in zədəli müdafiəçiləri sıraya dönüb

"Kəpəz"in zədəli müdafiəçiləri sıraya dönüb

Futbol
İlin ən yaxşı gənc futbolçusu bəlli olub

İlin ən yaxşı gənc futbolçusu bəlli olub