Şahmat üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib
Şahmat üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib.
"QELEBE.AZ" xəbər verir ki, yarışın son günündə tay-brek görüşləri baş tutub.
Kişilərin mübarizəsində Rauf Məmmədov Şəhriyar Məmmədyarovu üstələyərək karyerasında 6-cı dəfə Azərbaycan çempionu olub.
Qadınların yarışında Günay Məmmədzadə Gövhər Beydullayevanı məğlub edərək çempion tituluna yiyələnib. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Ülviyyə Fətəliyevaya qalib gəlib.

https://qalaba.az//uploads/photo/shahmat-uzre-azerbaycan-chempionatinin-mukafatchilari-mueyyenleshib.webp











