Azərbaycan millisinin məşqçisi: "Aleksandr Medvedin xatirə turnirindəki nəticələri qənaətbəxş saymaq olar"

Azərbaycan millisinin məşqçisi: "Aleksandr Medvedin xatirə turnirindəki nəticələri qənaətbəxş saymaq olar"

Aleksandr Medvedin xatirə turnirində qeydə alınan nəticələri qənaətbəxş saymaq olar.

Bunu “Report”a açıqlamasında Azərbaycanın 20 yaşadək güləşçilərdən ibarət millisinin məşqçisi Əşrəf Əliyev Belarusun paytaxtı Minskdə keçirilən 3 qat olimpiya çempionu Aleksandr Medvedin xatirə turnirində qazanılan nəticələrlə bağlı danışarkən deyib.

O, yarışa əsas heyətlə getmədiklərini vurğulayıb:

“Nəticələri qənaətbəxş saymaq olar. Çünki yarışa əsas heyətlə getməmişdik. Çox güclü yarış idi. Türkiyə millisi bir neçə çəkidə əsas heyət üzvlərini gətirmişdi. Qazaxıstan 40-a ayxın idmançı ilə təmsil olunurdu. Demək olar bütün əsas heyət üzvlərini gətirmişdilər. Yarış yaxşı keçdi. Əsas heyətlə yollansaydıq, çox yaxşı nəticələr qazanardıq. Əsas idmançıları bu turnirə apara bilməməyimizin səbəbi onların U-23 yığması ilə birlikdə Vladiqafqazda Avropa çempionatının hazırlıq prosesinə qatılmalarıdır”.

Mütəxəssis güləşçilərin çıxışına toxunub, yarışın çox gözəl keçdiyini qeyd edib:

“74 kq çəkidə Qadjimurad Omarov finala, Turan Bayramov isə yarımfinala yüksəldi. Bayramovu hakimlər uduzdurdular. Sonda heç xalını da vermədilər. Bilirsiniz ki, Turan çiynindən ağır zədə almış və əməliyyat olunmuşdu. 6 aydır zədəli idi. Bu səbəbdən bürünc medalın onun üçün çox gözəl nəticə olduğunu deyərdim. Şamil Zubairov isə 92 kq çəki dərəcəsində üçüncü yeri tutdu”.

Ə.Əliyev qarşıdakı planlara da toxunub:

“Martda U-23, apreldə isə böyüklər arasında Avropa çempionatı keçiriləcək. Güləşçilər bu yarışlara hazırlaşırlar”.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçiləri Aleksandr Medvedin xatirə turnirini 3 medalla başa vurublar. Qadjimurad Omarov (74 kq) gümüş, Turan Bayramov (74 kq) və Şamil Zubairov (92 kq) bürünc medal qazanıblar.

Fərdi
Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Fərdi
Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib

Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib

Fərdi
Eduard Məmmədov ikiqat Avropa çempionu olub

Eduard Məmmədov ikiqat Avropa çempionu olub

Fərdi
Azərbaycan Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub

Azərbaycan Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub

Fərdi
Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi”

Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi”

Fərdi
Dünya çempionatı: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Dünya çempionatı: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Fərdi
Şevçenko Ukrayna Milli Olimpiya Komitəsindən istefa verib

Şevçenko Ukrayna Milli Olimpiya Komitəsindən istefa verib

Fərdi
Nağı Səfərov: "Bakıdakı dünya çempionatı əvvəlkilərdən fərqlənəcəq"

Nağı Səfərov: "Bakıdakı dünya çempionatı əvvəlkilərdən fərqlənəcəq"

Fərdi
Azərbaycanın ikiqat dünya çempionu canlı yayımda müsahibə vaxtı ağlayıb

Azərbaycanın ikiqat dünya çempionu canlı yayımda müsahibə vaxtı ağlayıb

Fərdi
Azərbaycan boksçuları 2022-ci ildə 77 medal qazanıb

Azərbaycan boksçuları 2022-ci ildə 77 medal qazanıb

Fərdi
Çingiz Hüseynzadə: "Pandemiyadan tam çıxmasaq da, 2022-ci il uğurlu alınıb"

Çingiz Hüseynzadə: "Pandemiyadan tam çıxmasaq da, 2022-ci il uğurlu alınıb"

Fərdi
“Shuttle Time Azerbaijan 2022” layihəsi Naxçıvan və Qaxda həyata keçirilib

“Shuttle Time Azerbaijan 2022” layihəsi Naxçıvan və Qaxda həyata keçirilib