Azərbaycan millisinin baş məşqçisi: "Litva və Monteneqronu üstələyəcəyimizə inanıram"

Azərbaycan millisinin baş məşqçisi: "Litva və Monteneqronu üstələyəcəyimizə inanıram"

İnanıram ki, əldə etdiyimiz bilgilər sayəsində rəqibləri üstələyə biləcəyik.

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycanın qadın futbolçulardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.

O, hazırda Litvanın paytaxtı Vilnüsdə təlim-məşq toplanışı keçən yığmanın durumu barədə danışıb:

"Heyətdə yer alan futbolçuların əksəriyyəti ölkə xaricində çıxış etdiyi üçün məshələt oldu ki, Litvada bir araya gələk. İlk gündə bir, daha sonra isə gündə iki dəfə olmaqla məşqləri davam etdiririk. Toplanışa cəlb olunan oyunçular özlərini yaxşı tərəfdən göstərirlər. Hətta bəzi futbolçular var ki, çıxış etdikləri klubların son görüşlərində meydana çıxmayıblar. Bununla belə, onların da fiziki hazırlığını qənaətbəxş hesab etmək olar".

Mütəxəssis heyətdə yer vermək istədiyi bəzi futbolçulara zədə səbəbindən dəvət göndərə bilmədiyini söyləyib:

"Kristina Bakarandze, Vüsalə Seyfəddinova və Milana Rəhimovanı təlim-məşq toplanışına cəlb edə bilmədik. Halbuki, planımızda onlar da var idi. Sadəcə, çıxış etdikləri klublarda zədələndikləri üçün çağıra bilmədik".

S.Əsgərov UEFA Millətlər Liqasının seçmə mərhələsində Litva və Monteneqro yığmalarına qarşı keçiriləcək səfər oyunlarında maksimum nəticə qazanmaq istədiklərini bildirib:

"Səfərə maksimum xal qazanmaq üçün gəlmişik. Monteneqro ilk görüşündə Litvaya qalib gəlib. Biz isə birincilərlə heç-heçə etmişik. Bu iki görüşdə qazanacağımız nəticələr qrupda tutacağımız yeri müəyyənləşdirə bilər. İlk olaraq Litvaya qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Ardınca Monteneqro ilə matça köklənəcəyik. Hər iki yığmanın oyun üslubunu təhlil etmişik. İnanıram ki, əldə etdiyimiz bilgilərlə rəqibləri üstələyə biləcəyik. Meydanda minimum səhvə yol versək, istədiyimiz nəticəni qazana bilərik".

Qeyd edək ki, milli UEFA Millətlər Liqasının C Liqasının IV qrupunda aprelin 4-də, Bakı vaxtı ilə saat 19:30-da Vilnüsdəki “Jalgiris” stadionunda Litva, aprelin 8-də, Bakı vaxtı ilə saat 20:00-da Nikşiç şəhər stadionunda Monteneqro ilə qarşılaşacaq.

Futbol
"Şamaxı" futbolçusu ilə yollarını ayırıb

"Şamaxı" futbolçusu ilə yollarını ayırıb

Futbol
Çempionlar Liqası: IV turun nəticələri

Çempionlar Liqası: IV turun nəticələri

Futbol
"Gent"in baş məşqçisi: "Qarabağ" çətin və güclü rəqibdir"

"Gent"in baş məşqçisi: "Qarabağ" çətin və güclü rəqibdir"

Futbol
Cənubi Afrika Respublikası daha bir dünya çempionatına ev sahibliyi edə bilər

Cənubi Afrika Respublikası daha bir dünya çempionatına ev sahibliyi edə bilər

Futbol
"Qarabağ"ın rəqibi Avropa Liqası üçün formasını təqdim edib

"Qarabağ"ın rəqibi Avropa Liqası üçün formasını təqdim edib

Futbol
Ülvi İsgəndərov: “Komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər”

Ülvi İsgəndərov: “Komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər”

Futbol
Macarıstanlı oyunçu plastik tapançaya görə ömürlük futboldan uzaqlaşdırılıb

Macarıstanlı oyunçu plastik tapançaya görə ömürlük futboldan uzaqlaşdırılıb

Futbol
Konfrans Liqası: Pley-offun daha 2 iştirakçısı bəlli olub

Konfrans Liqası: Pley-offun daha 2 iştirakçısı bəlli olub

Futbol
“Marca” “Qızıl top”u kimin qazanacağını açıqlayıb

“Marca” “Qızıl top”u kimin qazanacağını açıqlayıb

Futbol
"Zirə" – "Qəbələ" oyununun yeri dəyişdirilib

"Zirə" – "Qəbələ" oyununun yeri dəyişdirilib

Futbol
İlin məşqçisi seçilən Qurban Qurbanov mükafatlandırılıb

İlin məşqçisi seçilən Qurban Qurbanov mükafatlandırılıb

Futbol
Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"