Qəbələ - Xankəndi ultramarafonunun mükafatçıları müəyyənləşib

Qəbələ - Xankəndi ultramarafonunun mükafatçıları müəyyənləşib

Qəbələ - Xankəndi ultramarafonunun sonuncu - dördüncü mərhələsinin mükafatçıları müəyyənləşib.

"Report"un bölgəyə ezam olunan əməkdaşı xəbər verir ki, Ağdamdan başlayan yarış Xankəndidə sona çatıb.

Ultramarafon iştirakçıları bu mərhələdə 28 kilometr məsafə qət ediblər.

Son mərhələnin qalibi kişilər arasında türkiyəli atlet Ömər Alkanoğlu olub. İkinci yeri onun həmyerlisi Üzeyir Söyləməz, üçüncü pilləni isə gürcüstanlı Georgi Lomidze tutublar.

Üzeyir Söyləməz əvvəlki üç mərhələni də birinci pillədə başa vurduğu üçün əsas mükafat ona verilib.

Qadınların mübarizəsində son mərhələni türkiyəli Hasibe Dəniz birinci, ukraynalı Alyona Şevçenko ikinci, azərbaycanlı atlet Leyla Abdinova isə üçüncü sırada başa vurublar.

Burada da ilk üç mərhələdə Alyona Şevçenko bütün rəqiblərini qabaqladığı üçün əsas qalib o hesab edilib.

Qeyd edək ki, “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürən ultramarafona 23-ü qadın olmaqla 81 atlet qatılıb. Yarış iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri yer alıblar.

Ümumilikdə 192 kilometr məsafəni əhatə edən ultramarafonun ilk mərhələsində iştirakçılar Qəbələdən Ağdaşa qədər 55 km məsafəni qaçıblar.

İdmançılar daha sonra Ağdaşdan Bərdəyə (65 km) və Bərdədən Ağdamadək (44 km) məsafəni qət ediblər. Əvvəlki üç mərhələnin mükafatçıları ayrıca təltif ediliblər.

Fərdi
Göygöldə ustad dərsləri təşkil olunub

Göygöldə ustad dərsləri təşkil olunub

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Fərdi
Beyləqanda qətlə yetirilən şəxs tanınmış güləşçinin ilk məşqçisi imiş

Beyləqanda qətlə yetirilən şəxs tanınmış güləşçinin ilk məşqçisi imiş

Fərdi
Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarlayıb

Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarlayıb

Fərdi
“Vüqar Həşimov Memorial-2022”: Nodirbek Abdusattorovun qələbə posteri məşhur “Times” meydanında sərgilənib

“Vüqar Həşimov Memorial-2022”: Nodirbek Abdusattorovun qələbə posteri məşhur “Times” meydanında sərgilənib

Fərdi
Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Fərdi
Fernando Alonso Hemiltonu axmaq adlandırdığı üçün üzr istəyib

Fernando Alonso Hemiltonu axmaq adlandırdığı üçün üzr istəyib

Fərdi
Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurub

Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurub

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Fərdi
Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub

Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub

Fərdi
Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə yeni il şousu keçirilib

Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə yeni il şousu keçirilib

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin reqlamenti açıqlanıb

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin reqlamenti açıqlanıb