AFFA daha bir komandanı Azərbaycan çempionatından kənarlaşdırıb

AFFA daha bir komandanı Azərbaycan çempionatından kənarlaşdırıb

AFFA U-10 Liqasında çıxış edən daha bir komanda çempionatdan kənarlaşdırılıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "Azart" kollektivi turnirdən uzaqlaşdırılıb.

Buna komandanın "Sahil" ilə görüşdə təyin edilən vaxtda meydana çıxmaması səbəb olub. "Azart"a 0:3 hesabı ilə texniki məğlubiyyət verilib və bu hal üçüncü dəfə təkrarlandığından komanda liqadan kənarlaşdırılıb.

Eyni hal U-13 Liqasında da yaşanıb. Burada isə "Troya" ardıcıl üçüncü matçda iştirak etməyib. Onlar "Qarabağ"la qarşılaşmada meydanda olmayıblar.

U-11 Liqasında Ağcəbədinin "Olimpiya" klubu da yarışdan uzaqlaşdırılıb. Son olaraq Tərtərin "Ramal" kollektivi ilə matçı buraxan bölgə təmsilçisi ardıcıl üçüncü dəfə buna yol verib.

U-13 Liqasında "Atletiko Baku" "Modern"lə oyunda, U-13 Qızlar Liqasında isə "Gəncə"nin "Ümid" komandası "Kəpəz"lə görüşdə yetərsay olmadığından 0:3 hesablı texniki məğlubiyyət alıb.

Qeyd edək ki, daha əvvəl U-10 Liqasında iki klub turnirdən kənarlaşdırılıb.

Futbol
Avstriya millisinin futbolçusu "Bavariya" ilə müqavilə imzalayacaq

Avstriya millisinin futbolçusu "Bavariya" ilə müqavilə imzalayacaq

Futbol
"Neftçi"nin legionerinin durumuna aydınlıq gəlib

"Neftçi"nin legionerinin durumuna aydınlıq gəlib

Futbol
Benzema “Sevilya” ilə oyunu buraxacaq - VİDEO

Benzema “Sevilya” ilə oyunu buraxacaq - VİDEO

Futbol
Rauf Əliyev 5 oyunluq diskvalifikasiya olunub

Rauf Əliyev 5 oyunluq diskvalifikasiya olunub

Futbol
İspaniyada futbol çempionatı oktyabrın sonunda dayandırıla bilər

İspaniyada futbol çempionatı oktyabrın sonunda dayandırıla bilər

Futbol
Enis Bardi: "Azərbaycan yığması fiziki cəhətdən güclüdür"

Enis Bardi: "Azərbaycan yığması fiziki cəhətdən güclüdür"

Futbol
"Qarabağ"ın hücumçusu Fransa klubuna keçir

"Qarabağ"ın hücumçusu Fransa klubuna keçir

Futbol
Haiti millisinin üzvü yenidən Azərbaycanda çıxış edə bilər

Haiti millisinin üzvü yenidən Azərbaycanda çıxış edə bilər

Futbol
"Qarabağ"dan ayrılan hücumçunun "Sent Etyen"lə müqavilə tarixi açıqlanıb

"Qarabağ"dan ayrılan hücumçunun "Sent Etyen"lə müqavilə tarixi açıqlanıb

Futbol
"Kəpəz" xorvatiyalı qapıçını transfer edib

"Kəpəz" xorvatiyalı qapıçını transfer edib

Futbol
Avropa Liqası: "Qarabağ"ın qapıçısının qurtarışı ən yaxşılardan sayılıb

Avropa Liqası: "Qarabağ"ın qapıçısının qurtarışı ən yaxşılardan sayılıb

Futbol
AFFA “Qəbələ” azarkeşlərinin stadiona girişinə qadağa qoyub

AFFA “Qəbələ” azarkeşlərinin stadiona girişinə qadağa qoyub