"Turan Tovuz" AFFA İntizam Komitəsinin qərarından Apellyasiya və Arbitraj Tribunalına şikayət edəcək

"Turan Tovuz" AFFA İntizam Komitəsinin qərarından Apellyasiya və Arbitraj Tribunalına şikayət edəcək

"Turan Tovuz" AFFA İntizam Komitəsinin komandanın baş məşqçisi Kurban Berdıyevi cəzalandırması ilə bağlı qərarından Apellyasiya və Arbitraj Tribunalına şikayət edəcək.

Bu barədə "Report"a qərb təmsilçisinin İdarə Heyətinin sədr müavini, klubun infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev məlumat verib.

Klub rəsmisi 3-ü şərti olmaqla, 5 oyunluq cəzalandırılan 72 yaşlı mütəxəssislə bağlı qərarın yetərincə sərt olduğunu bildirib:

"Futbolun içərisində olan bir şəxs kimi mənə maraqlıdır ki, sonuncu dəfə Premyer Liqada hansı baş məşqçiyə 5 oyunluq cəza verilib. Üstəlik, Kurban müəllim hansı ifadəni işlədib ki, qərar bu qədər sərt olub? Sözün düzü, bunu anlaya bilmirəm. Mütləq şəkildə qərardan apellyasiya şikayəti verəcəyik. Çünki bizimlə bağlı verilən qərarların sərt olduğu qənaətindəyik. Daha əvvəl bəyanata görə 20 min manat cərimələnmişdik. İndi də baş məşqçimiz 5 oyunluq cəzalanır".

Qeyd edək ki, Kurban Berdıyev "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XXX turunda ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi səbəbindən diskvalifikasiya olunub. Baş məşqçinin bu davranışına görə kluba 4000 manat cərimə kəsilib.

Futbol
Qurban Qurbanov: "Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik"

Qurban Qurbanov: "Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik"

Futbol
"Sabah" "Neftçi" və "Qarabağ"ın nailiyyətini təkrarlayıb

"Sabah" "Neftçi" və "Qarabağ"ın nailiyyətini təkrarlayıb

Futbol
Stokholmda təşkil olunacaq "Şuşa" beynəlxalq mini-futbol turnirinin püşkü atılıb

Stokholmda təşkil olunacaq "Şuşa" beynəlxalq mini-futbol turnirinin püşkü atılıb

Futbol
KİV: “Səudiyyənin iki klubu Messi ilə müqavilə imzalamaq istəyir”

KİV: “Səudiyyənin iki klubu Messi ilə müqavilə imzalamaq istəyir”

Futbol
"Neftçi"nin futbolçusu Belarus yığmasına dəvət olunub

"Neftçi"nin futbolçusu Belarus yığmasına dəvət olunub

Futbol
"Qarabağ" "Frayburq"la oyunda azlıqda qalıb

"Qarabağ" "Frayburq"la oyunda azlıqda qalıb

Futbol
Samuel Mutussami: "Qarabağ"la oyunda bizi döydülər"

Samuel Mutussami: "Qarabağ"la oyunda bizi döydülər"

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "Daha yaxşı oynamalıyıq"

Azərbaycan millisinin baş məşqçisi: "Daha yaxşı oynamalıyıq"

Futbol
Aleksandr Səmədov Rusiya millisinin AVRO-2024-ə buraxılmamasına münasibət bildirib

Aleksandr Səmədov Rusiya millisinin AVRO-2024-ə buraxılmamasına münasibət bildirib

Futbol
"Neftçi"nin baş məşqçisi: "Futbolçular süni meydanda oynamaqdan qorxurlar"

"Neftçi"nin baş məşqçisi: "Futbolçular süni meydanda oynamaqdan qorxurlar"

Futbol
Fariz Nəcəfov: "VAR sistemində boşluqların olmasını anlayışla qarşılayıram"

Fariz Nəcəfov: "VAR sistemində boşluqların olmasını anlayışla qarşılayıram"

Futbol
Azərbaycan millisi tarixində mütləq rekord vurulub

Azərbaycan millisi tarixində mütləq rekord vurulub