Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyub
Qadın futbolçulardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.
QELEBE.AZ saytının məlumatına görə, Azərbaycan millisi dünyada 79-cudur.
Yığmamızın hesabında 1296,27 xal var. Komandamız sonuncu dəfə oktyabrda açıqlanan cədvəldəki mövqeyini qoruyub.
Qeyd edək ki, siyahıya 2078,50 xalla ABŞ başçılıq edir. Almaniya 2073,73 xalla ikinci, İsveç 2057,9 xalla üçüncüdür.

https://qalaba.az//uploads/photo/azerbaycan-millisi-fifa-reytinqinde-movqeyini-qoruyub.webp











