NBA: "Nyu-York Niks" yarımfinalda "İndiana Peysers"lə bacarmadı
NBA-nın yarımfinal mərhələsinin oyunları start götürüb.
QELEBE.AZ xəbər verir ki, günün yeganə qarşılaşmasında "Nyu-York Niks" doğma meydanda "İndiana Peysers"i qəbul edib.
Qonaqlar əlavə vaxtda 138:135 hesabı ilə qələbə qazanıb. Qalib komandanın heyətində Tyrese Haliburton 31 xal və 11 məhsuldar ötürmə ilə dabl-dabl edib. Ev sahiblərində isə 45 xalla Calen Brunson fərqlənib.
Qeyd edək ki, komandalar arasında ikinci oyun mayın 24-də Nyu-Yorkda baş tutacaq.

https://qalaba.az//uploads/photo/nba-quotnyu-york-niksquot-yarimfinalda-quotindiana-peysersquotle-bacarmadi.webp