Ucarın mərkəzi stadionunda oturacaqlar dağılıb, yardımçı bina talan edilib

Ucarın mərkəzi stadionunda oturacaqlar dağılıb, yardımçı bina talan edilib

Ucar rayonunun yeganə idman ocağı olan mərkəzi stadionu bərbad vəziyyətə düşüb.

Bu barədə “QELEBE.AZ”un Yuxarı Şirvan bürosuna rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, stadionun ot örtüyü sıradan çıxıb, oturacaqlar sınıb və dağılıb, eləcə də meydançanın yardımçı binası talan edilib. Sakinlər illərdir bu idman ocağındakı şəraitsizlikdən əziyyət çəkdiklərini bildiriblər.

Qeyd edək ki, rayonun 20 Yanvar küçəsində yerləşən 1500 yerlik və 3 hektara yaxın ərazisi olan mərkəzi stadion 1982-ci ildə Ucar Rayon Pambıq Zavodunun vəsaiti ilə inşa edilərək istifadəyə verilib.

Tikildiyi gündən bu idman müəssisəsi rayon sakinlərinin ən önəmli məkanına çevrilib. Son 20 ilə qədər mütəmadi olaraq müxtəlif məqsədlərlə istifadə olunub. Burada müxtəlif yarışlar, rayon səviyyəli tədbirlər, hətta bayram konsertləri belə təşkil edilib.

Sakinlər deyir ki, Ucar Rayon Pambıq Zavodu özəlləşdirildikdən sonra stadion baxımsız vəziyyətə düşüb və tədricən sıradan çıxıb. Hazırda bu idman ocağından əsər-əlamət belə, qalmayıb. Çünki illər keçdikcə dağıntılara məruz qalan stadion sanki talan olunub.

Sakinlər bildirir ki, futbol oynamaq və ya idmanla məşğul olmaq üçün qonşu rayonlara, eləcə də Göyçay və Yexlax rayonlarına getməli olurlar ki, bu da onların əlavə xərcə düşməsinə gətirib çıxarır.

Onların sözlərinə görə, stadionun hazırkı vəziyyəti ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bu günə kimi əməli olaraq heç bir iş görülməyib.

Məsələ ilə bağlı Ucar Rayon Gənclər və İdman İdarəsindən "QELEBE.AZ"un yerli bürosuna bildirilib ki, stadionun vəziyyətindən xəbərdardırlar.

Qeyd edilib ki, bununla bağlı Gənclər və İdman Nazirliyinə müraciət olunub, stadionun mövcud vəziyyəti ilə bağlı məlumat təqdim edilib: "Sadəcə, stadion Ucar Pambıq ASC-nin balansında olduğundan orada təmir işləri görə bilmirik".

Ucar rayon “Pambıq ASC”dən isə "QELEBE.AZ"un yerli bürosuna məlumat verilib ki, hazırda qurumun balansında kifayət qədər vəsait olmadığından bu günə kimi stadionu təmir edə bilməyiblər: "2023-cü ilin iyun, iyul aylarına kimi çalışacağıq ki, stadionu qismən də olsa, təmir edib sakinlərin istifadəsinə verək".

Futbol
KİV: “Səudiyyənin iki klubu Messi ilə müqavilə imzalamaq istəyir”

KİV: “Səudiyyənin iki klubu Messi ilə müqavilə imzalamaq istəyir”

Futbol
Qurban Qurbanov: “Nə istəyirlər, onu da edirlər”

Qurban Qurbanov: “Nə istəyirlər, onu da edirlər”

Futbol
İngiltərəli futbolçu yeni dünya rekordu müəyyənləşdirib

İngiltərəli futbolçu yeni dünya rekordu müəyyənləşdirib

Futbol
Avropa Liqası: "Qarabağ" Yunanıstanda "Olimpiakos"u darmadağın edib

Avropa Liqası: "Qarabağ" Yunanıstanda "Olimpiakos"u darmadağın edib

Futbol
Azərbaycan Premyer Liqası: İlin son turuna 2 oyunla start verilir

Azərbaycan Premyer Liqası: İlin son turuna 2 oyunla start verilir

Futbol
APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

Futbol
“Səbail”in oyununu idarə edən hakim rəqibdən üzr istəyib

“Səbail”in oyununu idarə edən hakim rəqibdən üzr istəyib

Futbol
UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

Futbol
"Səbail" - "Qarabağ" oyununun ikinci hissəsi elektrik enerjisi kəsildiyi üçün gec başlayıb

"Səbail" - "Qarabağ" oyununun ikinci hissəsi elektrik enerjisi kəsildiyi üçün gec başlayıb

Futbol
"Mançester Yunayted" "Bornmut"u məğlub edib

"Mançester Yunayted" "Bornmut"u məğlub edib

Futbol
UEFA Qara Qarayevi təbrik edib

UEFA Qara Qarayevi təbrik edib

Futbol
"Qızıl top" mükafatının qalibi bəlli olub

"Qızıl top" mükafatının qalibi bəlli olub